Biznesmenin 20 yaşlı nişanlı oğlu bu maşında can verdi - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bakıda tanınmış iş adamı, hazırda həbsdə olan Nəriman Əliyevin gənc oğlu qəfildən dünyasını dəyişib.
Qadinsayti.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb. 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. A.Əliyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İş adamı Nəriman Əliyevin qəfil dünyasını dəyişən oğlu Asim Əliyevlə bağlı femida.az bəzi faktlar əldə edib. Belə ki, infarkt keçirən 20 yaşlı Asim Əliyev peşəkar idmançı olub. O universal döyüş üzrə dünya çempionatında iştirak edib. Həkimlərin dediyinə görə, o, infarkt keçirib. A.Əliyev "Qarabağ Broyler MMC"nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.
N.Əliyev bir müddət əvvəl qanunsuz silah gəzdirmə və narkotiklə həbs edilib. İş adamı bir müddət əvvəl vəkili vasitəsilə ona məxsus şadlıq sarayının yandırılmasının videosunu yaymışdı. İddia edirdi ki, şadlıq sarayı Bakı Şəhər Baş Polis İdarəsinin polkovnikinin sifarişi ilə yandırılıb.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş