Botoks

BotoksBotoks — Allergan (ABŞ) firmasının istehsal etdiyi botulotoksin A əsaslı inyeksion kosmetik vasitədir. Ondan ilk dəfə 1994-cü ildə istifadə edilmişdir. Bu preparat impulsun sinir ucundan əzələyə ötürülməsini pozaraq, mimik əzələlərin tonusunu zəiflədir, üz və boyun qırışlarını yox edir. Botoks həm də tər vəzilərinin fəaliyyətini tənzimləyir. Estetik nəticə prosedurdan 1 ay sonra bilinir və təxminən 6 ay qalır. Prosedurun qiyməti yeridilən preparatın həcmindən asılıdır.

Botoksa göstərişlər
Botoks təkcə dərinin xarici görünüşünü korreksiya etmir. Prosedur geniş kosmetoloji və terapevtik təsirlərə malikdir. Botoks inyeksiyaları adətən 35-40 yaşdan sonra vurulur. Aşağıdakı vəziyyətlərdə botoks göstəriş sayılır:

Mimik qırışlar: "qaz ayağı", boyun büküşləri, dodaq ətrafı və alın qırışları
Üzün asimmetriyası: ağız bucağının birtərəfli əyilməsi, yuxarı göz qapağının yüngül və orta dərəcəli ptozu, qeyri-bərabər burun-dodaq büküşləri
Əzələ tonusunun pozulması: blefarospazm, hemifassial spazm, spastik əyriboyunluq, yuxarı ətrafların fokal spastikliyi
Dərinin yaşla əlaqədar atrofiyası.
Qoltuqaltı, ovuc və pəncənin hiperhidrozu
Plastik cərrahiyyəyə hazırlıq və bərpa dövrünün tez keçməsi məqsədilə.
Botoksa əks-göstərişlər
Yüksək dərəcəli miopiya, miastenik sindrom, kəskin infeksion xəstəliklər, hemofiliya zamanı botoks qadağandır. Həmçinin prosedurun hamiləlik və südvermə dövründə aparılması məsləhət deyil. Nisbi əks-göstərişlər isə aşağıdakılardır:
üz nahiyəsində ödem və venoz durğunluğa meyillik
üz toxumalarının ağır dərəcəli qravitasion sallanması
sistemli allergik reaksiya riski (anamnezdə Kvinke ödemi, anafilaktik şok)
qeyri-stabil psixi vəziyyət
antibiotiklər, antikoaqulyantlar və miorelaksantlarla müalicə.
Botoksun dəriyə yeridilməsi
Botoksun qiymətiBotoks inyeksiyalarını vurmazdan əvvəl kosmetoloq anamnez toplayır, pasiyentin qəbul etdiyi dərmanlar və arzuolunan nəticə ilə maraqlanır. Konsultasiyanın ödənişi prosedurun yekun qiymətinə daxildir. Prosedur günü, yəni botoksdan əvvəl spirtli içki qəbulu, idman məşqləri, invaziv kosmetik manipulyasiyalara icazəli deyil.

Botoks təsir vahidi (TV) ilə ölçülür. Kosmetoloq estetik problemlərin ifadəliliyini və problemi sahəni nəzərə alaraq, lazımi dozanı seçir. Ağız ətrafı qırışları hamarlaşdırmaq üçün 2-4 TV, "qaz ayağı" əleyhinə 8-16 TV, qaşarası qırışların korreksiyasında isə təxminən 20-25 TV tələb olunur. Botoks aşağıdakı mərhələlərlə vurulur:

Əvvəlcə pasiyentin dərisində iynənin vurulacağı yerlər işarələnir.
Toz şəkilli preparatla steril izotonik natrium xlorid məhlulu qarışdırılır.
İynənin batıralacağı hissə xüsusi məhlulla silinir. Bu yolla dəri örtüyü dezinfeksiya olunur, həm də prosedurun minimal ağrı hissi ilə keçməsi təmin olunur.
Kiçik diametrli atravmatik iynələrlə preparat dəriyə yeridilir.
Dəri antiseptiklə silinir.
1 seans təxminən 10 dəqiqə davam edir. Eyni gündə bir neçə problemi sahə korreksiya olunduqda prosedur 20-30 dəqiqəyə qədər uzana bilər. Botoks inyeksiyasından sonra pasiyent 30 dəqiqə həkim nəzarəti altında qalır. Heç bir allergik reaksiya müşahidə olunmadıqda evə buraxılır. Gözlə görünən effektin əldə edilməsi üçün 1 seans kifayətdir. Sadəcə nəticəni möhkəmləndirmək üçün 6 aydan sonra botoksun təkrarlanması məsləhətdir.

Botoks inyeksiyasından sonra dəriyə qulluq
Dərmanın bərabər yayılması məqsədilə prosedurdan sonra 3-4 saat uzanmaq lazımdır. Dəriyə qulluq pasiyentin öyrəşdiyi sxem üzrə davam etdirilir, eləcə də dekorativ kosmetika və yaxud tonal vasitəyə qadağa qoyulmur. Fəsadların qarşısını almaq üçün aşağıdakı qaydalara riayət edilməlidir:

1-ci gün iynə yerlərinə toxunmaq və həmin nahiyəni masaj etmək olmaz.
3 gün ərzində spirtli içki, ağır fiziki iş və idmandan uzaq durmaq lazımdır.
2 həftə müddətində hamam, sauna, solyari qadağandır.
Botoks inyeksiyalarının effektivliyi
Botoksun nəticələriBotoks (botulotoksin) sinapslara təsir göstərməklə, impulsların sinir-əzələ ötürülməsini pozur. Bunun sayəsində əzələlər boşalır, mükəmməl estetik nəticə əldə edilir. Preparatın təsir etməsi üçün vaxt lazımdır. Bu səbəbdən xarici görünüşün yaxşılaşması yalnız 3-4 gündən sonra baş verir. Maksimal effekt və xırda qırışların itməsi 10-14 günə müşahidə olunur.

Gözəllik və Moda     Baxılıb: 5001   Tarix: 23 iyun 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

turlar.az

yemek reseptleri toy makiyajlari toy gecesi sevişmə qadindunyasi.az salatlarin hazirlanmasi bezedilmesi tortlar kosmetika kondom nedir gülməli hakıştalar 8 mart xanım az