Botoks sevənlər üçün bəd xəbər
Botoksu ilk dəfə yaradan və müalicəvi məqsədlər üçün istifadə edən amerikalı oftalmoloq Alan Skott 89 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Washington Post yazıb. Qəzetin məlumatına görə, həkim Kaliforniyadakı Greenbrae xəstəxanasında vəfat edib, lakin onun ölüm xəbərləri yalnız indi gəlib. Skottun qızı Alison Ferqyusonun sözlərinə görə, ölümə səbəb sepsisin yaratdığı fəsadlar olub. Botulinum toksini maddəsi İkinci Dünya Müharibəsi zamanı əldə edilmiş və əzələ iflicinə səbəb olan bioloji silah kimi istifadə edilib.
Toksinin nümunələri Skota verilib və o da onlardan Botoks yaradıb. ABŞ Qida və Dərman İdarəsi (FDA) 2002-ci ildə botoksun kosmetik məqsədlər üçün istifadəsinə icazə verib. Qəzetin yazdığı kimi, bu, Skotu çox təəccübləndirib. Bu günə qədər 11 milyon insan qırışları hamarlaşdırmaq üçün botoks etdirib.
Anar Əli
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi