Böyrəkdaşı xəstəliyinin əlamətləri

Böyrəkdaşı xəstəliyinin əlamətləriBöyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır:
- böyrək sancısı
- hematuriya
- piuriya
- kiçik daşların öz-özünə düşməsi.
Xanim.az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin gedişində sancıların növü və sancıarası dövrləri qeyd etmək lazımdır. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar baş verir ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır.
Böyrəklərdə olan iri daşlar (mərcanvari daşlar) adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi belə daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur. Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir.
Böyrək sancıları çox vaxt daşın sidik axarına düşməsi nəticəsində baş verir. Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğöru irradiasiya edir. Ağrılar baş verən zaman xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
- tez-tez ağrılı sidiyə getmə
- ürəkbulanma
- qusma
- köpmə
- defekasiya aktının ləngiməsi.
Sancı baş verən zaman xəstə çox narahat olur, özünə yer tapmır. Hətta ağrıların şiddəti bəzən elə olur ki, çox vaxt böyrək sancılarının qarşısını almaq üçün xəstələrə narkotik vururlar. Böyrəkdaşı xəstəliyi zamanı arabir ağrılar sakitləşir və sonradan yenidən güclənir. Sakitləşmə axarda ilişən daşın tərpənərək yığılıb qalmış sidiyin axmasına səbəb olduğu zaman baş verir.
Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsini döyəclədikdə ağrılar artır. Sidik axarı ətrafları əllədikdə isə güclü ağrı simptomları meydana çıxır.
Böyrəkdə sancıların olması daşlar yerindən tərpənən vaxt baş verir. Bəzən sancılardan sonra xırda daşların tökülməsi də müşahidə edilir.
Böyrək daşları düşən zaman sidik yollarının selikli qişasını zədələdikldə hematuriya əmələ gəlir. Əksər hallarda kələ-kötür oksalat daşları düşən zaman hematuriya baş verir.
Böyrəkdaşı xəstələrinin 13%-də daş düşən zaman heç bir əlamət olmur. Belə hallarda daş təsadüfən rentgen və ya USM-lə müayinə zamanı aşkar edilir.

Sağlamlıq     Baxılıb: 2139   Tarix: 02 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

hamiləlik maskalar yaz geyimleri 2026 2026 payiz qis debi cins salvar 2026 gəlin paltarları makaron reseptləri kosmetika vətənə aid baldiza aid hakisda bürclər kökəlmək üçün buga burcu