Böyrəklər üçün profilaktika

Böyrəklər üçün profilaktikaBöyrəklər orqanizmdə əsas assenizator və filtrdir, qanda və toxumalarda yığılan zərərli maddələrin sidik vasitəsilə xaric olmasını təmin edir. Qarın boşluğunun arxa divarında bel nahiyəsində yerləşir. Hər böyrəyin basıq tərəfindən nazik sidik axarı çıxır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, böyrəklər ət və digər zülali qidaların tez-tez və çox qəbul edilməsini "sevmirlər": "Zülalların parçalanma məhsullarının böyrəklər vasitəsilə xaric olunması həmin orqanın xeyli dərəcədə yüklənməsinə səbəb olur. Ona görə də müəyyən ölçü daxilində balanslaşdırılmamış formada tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab edilir və son nəticədə zülal mübadiləsinin pozulmasına aparıb çıxarır. Böyrəklərin xaricdən xüsusi piyli kapsulla əhatə olunması onu zədə və soyuqdan qoruyur, təbii vəziyyətini saxlamağa kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq böyrəklər üçün zərərli hesab olunur".
O, daha sonra deyib: "Duzlu qidaların həddindən artıq qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulması ilə nəticələnir. Lakin duzdan tam şəkildə imtina edilməsi də yolverilməzdir. Xörək duzu mütləq qida rasionunda olmalıdır. Adətən həmin norma gündəlik istifadə ediləndən üç dəfə az olur.
Yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsir edən xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk meyvəsi, çiyələk yarpağı və qarpız şirəsi kimi məhsullar böyrəklər üçün çox xeyirlidir. Onlar orqanizmi maye ilə təmin edir, qanı durulaşdırır, böyrəklərin filtrasiya qabiliyyətini yaxşılaşdırır, orqanizmi zərərli maddələrdən təmizləyir.
Böyrək xəstəliklərinin, o cümlədən böyrək daşı xəstəliyinin qarşısını almaq üçün gün ərzində qəbul edilən mayenin həcmi 2 litrdən az olmamalıdır. Həmin həcmdə mayenin qəbul edilməsi yalnız orqanizmdə gizli və ya aşkar ödemlər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda məqbuldur".
"Susuzlama zamanı orqanizmdə su-duz mübadiləsi pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi xeyli çətinləşir. Gün ərzində maye az-az və tez-tez qəbul edilməli, həkimin məsləhəti olmadan heç bir mineral su gün ərzində yarım litrdən artıq içilməməlidir. Həmin suların tərkibində duzların miqdarının normadan artıqlığı duz əmələ gəlməsinə səbəb ola bilər", - deyə həkim-fitoterapevt söhbətini yekunlaşdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1457   Tarix: 13 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom