Böyrəyində daş olanlar bu qidaları yeməsin - SİYAHI
Gündəlik qəbul olunan qidalar orqanizmdə fərqli təsirlər göstərir. Son elmi araşdırmalara görə, bəzi qidalar böyrəklərdə daş əmələ gətirir.
Milli.Az medicina.az-a istinadən bu qidaların siyahısını təqdim edir:
- Qırmızı ət, qızardılmış mal əti
- Qəhvə, kapuçino
- Qazlı, şirəli içkilər
- Duz. şoraba
- Süd məhsulları
- Sümük suyu
- Balıq və dəniz məhsulları
Qidalanmaya diqqət edərək, daş yaranmasının qarşısını almaq olarmı?
-Bol-bol maye qəbul edin: gün ərzində 2,5 litrə yaxın su için.
-Sudan başqa limonad, portağal suyu, qreyfrut şirəsi kimi C vitamini olan meyvə suları daş yaranmasını əngəlləyir. Təzə çəkilmiş meyvə şirələrinə üstünlük verin.
- Konservləşdirilimiş meyvə şirələri isə tam əksinə daşların yaranmasına təkan verir. - Alma lifli meyvə olduğu üçün böyrəyin süzmə qabiliyyətinin yaxşılaşmasına kömək edir.
- Probiotik qida olan qatıq da böyrək üçün olduqca faydalıdır.
Yüksək lifli balqabaq müsbət təsir edir. Böyrək daşı müalicəsi ərəfəsində orqanizmdən daşların çıxarılmasına kömək edir.
Milli.Az









Enerjini azaldan gündəlik səhvlər
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız