Boyunda duz yığıldığını necə bilmək olar? – Effektiv çarələr

Boyunda duz yığıldığını necə bilmək olar? – Effektiv çarələrBoyunda, daha doğrusu boyun fəqərələri arasında və toxumalarında duz yığılması insanın zərərli vərdişləri və qeyri-düzgün həyat keçirməsi ilə bağlıdır. Yəni boyuna duz yığılması birbaşa insanın öz günahıdır.
Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır.
Milli.Az medicina.az-a istinadən boyuna duz yığılmasının bəzi əlamətlərini və bu problemdə özünüzə nə kimi kömək edəcəyiniz barədə məlumatı təqdim edir.
Bədəndə duz kristalları zülal tərkibli qidaların çoxluğundan yaranır, yəni daha çox ət və ət məhsulları yedikdə, orqanizm bunu tam sona kimi həzm edə bilmir.
Bir gün ərzində çox miqdarda ət, toyuq, balıq, iç-çiyər yemək olmaz. Eləcə də tomat, pomidor, souslar, ədviyyatlar, xəmir məmulatları, duzlu qidalar,şoraba və s. Miqdarı normanı aşmamalıdır. Daha çox göyərti, tərəvəz salatları yeyilməlidir. Həmçinin yeməyi su içə-içə qəbul etmək olmaz.
Boyunda duz yığılmasının əsas əlamətləri:
Qulaqlarda küy, səs, qəfil yerindən qalxanda hərəkətlərdə koordinasiyanın itməsi, tez-tez başgicəllənmələr, görmədə duman, huşun itməsi, boyunu sağa-sola çevirəndə ağrı, baş ağrıları, yerişin dəyişməsi, boyunda ağrı, başda sıxılma, əzələlərdə zəiflik, qollarda uyuşma, keyimə, tez yorulma.
Müalicəsi fizioterapiya, masaj, qidalanma və rejimin dəyişməsi, bədəndən artıq duzların çıxarılmasına yönəlmiş terapiya, eləcə də bəzi xalq təbabəti metodlarını birlikdə tətbiq etməkdir.
Kompress:
Təzə kartofu sürtgəcdən keçirin. 30 qram kartofa20 qram təzə bal qarışdırıb, bu kütləni boyuna və çiyinə maska kimi yayın. Üzərindən kompress kağızı (aptekdə satılır) qoyub, isti bir şeylə sarıyın. Kompress 2 saat saxlanılır.
Zəncəfil mazı
Zəncəfilin tozundan 1 xörək qaşığı götürüb, əridilmiş yağla və ya arı mumu ilə qatıb, zəif odda 5 dəqiqə bişirirsiz. Oddan götürüb, soyudub, bura 3 ədəd əzilmiş sarımsaq qatırsız. Mazı ağzı bağlı kiçik qaba yığıb sərin yerə qoyun. Gündə 3 dəfə boyuna çəkib yüngülcə ovun. Sonra isti yun şal bağlayın.
Lobya suyu
Duzları lobya suyu da yaxşı çıxarır. 4 xörək qaşığı lobyanı 3 stəkan qaynar suda gecədən səhərə kimi isti yerdə saxlayın. Səhər onu süzüb,suyu gündə 250 -300 ml için, Bir qədər sudan kompress də edə bilərsiz. Kurs 12 gün.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1343   Tarix: 25 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim və ayaqqabılar gelinlikler qadin sayti seksual qadin aroma və fitoterapiya hepatitlər pol breqq kosmetika aysel novruz bayramı rus dilini öyrənək 2 ci dərs aslan narin faydasi