Boz ayın gətirdiyi xəstəliklər: Onlardan necə qorunmalı?

Boz ayın gətirdiyi xəstəliklər: Onlardan necə qorunmalı?Artıq Novruzun müjdəçisi olan Boz ay dövrünü yaşayırıq. Adından da göründüyü kimi, bu ayda havalar gah isti, gah soyuq, gah da küləkli keçir. Belə havalarda isə insanlar adətən necə geyinəcəyini bilmir. Çünki bəzən hava səhər isti günorta küləkli olur. Dəyişkən hava şəraitində isə xəstəliklərə qapılma ehtimalı yüksək olur. Maraqlıdır, bəs bu cür dəyişkən havalarda özümüzü necə qorumalıyıq?

Yazda soyuqdəymə xəstəliklərin, virus infeksiyaların, tənəffüs sistemi xəstəliklərinin sayı kəskin artır. Bunun səbəbi immunitetin zəifləməsidir. Zəiflənmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir. Bu halda yenə də vitamin-mineral komplekslərin qəbulu, yaxşı qidalanma, havaya uyğun paltar əsas profilaktik tədbirlərdir. Əksər insanlarda halsızlıq, yorğunluq, yuxu istəyi, kədər, stress kimi hallar müşahidə edilməyə başlayır. Qan-damar sistemində yaranan problemlər təzyiqin yüksəlməsi, qanda şəkərin və insulin hormonunun miqdarının dəyişməsi ilə nəticələnir. Orqanizmin normal fəaliyyətini təmin etmək üçün qidalanma rejiminə əməl etmək mütləqdir. Düzgün qida rasionu hər bir yaşda və fəsildə, xüsusilə də yaz fəslində vacibdir. Qida yalnız böyümə deyil, eyni zamanda enerji mənbəyi funksiyasını da həyata keçirir.
Məhz bu səbəbdən onun tərkibindəki komponentlərin balanslaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Tərkibi vitaminlərlə, çiy meyvə və tərəvəzdən ibarət rasion sağlamlığın ilk təminatçısıdır. Gün ərzində 4-5 dəfə olmaqla lazımi element və fermentlərdən ibarət qidalanma məsləhət görülür. Yaz aylarında orqanizmin A, B və C vitaminlərinə olan tələbatı artır. A vitamininin çatışmazlığı dəridə quruluğa və gözdə zəifliyə səbəb ola bilər.

Bu problemlərdən süd, yumurta, balıq və bol miqdarda sarı-narıncı rəngli meyvələrdən istifadə etməklə uzaq olmaq mümkündür. B vitamini çatışmadıqda isə insanda əsəbilik, ürək döyüntülərinin artma halları müşahidə edilir. Bu problemlərlə üzləşmək istəmirsinizsə, ət, yumurta, kələm və kartofdan bol miqdarda istifadə edin. Orqanizmdə C vitamininin çatışmazlığı immunitetin zəifləməsi və halsızlıqla müşahidə edilir. Sadaladığımız hallardan qorunmaq üçün kartof, təzə meyvələr, limon və kələmdən istifadə etmək lazımdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla yaza keçid dövründə bəzi mədə-bağırsaq xəstəliklərinin kəskinləşdiyini dedi: "Bu cür havalarda soyuq dəyməyə səbəb ilk öncə insanların geyim formasını düzgün seçməməsidir. Gün çıxır, insanlar buna aldanır. Halbuki günəş olmasına baxmayaraq, havanın temperaturu aşağı olur. Günəşin olması havanın hələ isti olması demək deyil. Sadəcə olaraq hava aydın olanda Günəş görünür və bu, aldadıcı xarakter daşıyır. Yəni temperatura diqqət etmək lazımdır. Temperaturun 16 dərəcədən aşağı olduğu vaxtlarda yüngül geyinmək məsləhət deyil. Bu zaman soyuqdəyməyə tutulma ehtimalı çoxdur. Nəzərə alsaq ki, temperatur gün ərzində dəyişir, Bakı küləkli bir şəhərdir və bəzən bu küləyin əsməsi real temperaturu daha da aşağı salır. Külək isə soyuq havanı birbaşa insanın bədəninə yeridir. Ona görə də bunu nəzərə almaq lazımdır. Digər tərəfdən də qidalanma məsələsinə diqqət etmək lazımdır. Yaxşı olar ki, yazın axırına yaxın zəif adamlar, xüsusilə də xroniki xəstəliyi olan adamlar, yaşlılar, uşaqlar vitaminlə zəngin qidalar qəbul eləsinlər. Apteklərdə həb, kapsul, uşaqlar üçün isə sirop şəklində olan qidalardan istifadə etmək lazımdır. Uşaqlara diqqət etmək lazımdır. Onlarda D vitamini çatmır. Uşaqlara boyu üçün lazım olan B qrup vitaminlər verilməlidir. Mədə-bağırsaq problemi olan xəstələrdə yazın və payızın başlanğıcı xəstəliyin kəskinləşməsi dövrü sayılır. Ona görə də belə xroniki xəstələr öz həkimləri ilə məsləhətləşməli və profilaktik tədbirlər görməlidirlər". (musavat.com)

Xəbərlər     Baxılıb: 1535   Tarix: 28 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

turlar.az

donlar 2026 gelinlikler geymler 2026 qerkules maskasi badimcan murebbesi qabyuyan masin lasyon hazirlanmasi kosmetika ağır itki zencefil dolça burclerin uygunlugu google