Brilliant Dadaşova: "Soyuducumda qatıq, göyərti və yaşıl alma var"

Brilliant Dadaşova: "Soyuducumda qatıq, göyərti və yaşıl alma var""Oğlum Cahidin bir neçə həftə öncə təqdim etdiyi abituriyentlər üçün nəzərdə tutulan online dərs vəsaitinə küllü miqdarda pul xərclədim. Oğlumun çoxdanki arzusunu reallaşdırdım. Yaxşı ki, birlikdə bu layihəni həyata keçirdik. İndi onun həvəsi ilə yaşayıram. Amma məyusam, çünki son zamanlar ancaq kartofdan, yeməkdən, qarnımızdan danışırıq. Təhsil keçib ikinci plana. Hamı qışqır-bağır salıb, yeməkdən danışır. Amma ümid edirəm ki, gələcəkdə gənclər Cahidin bu layihəsindən bəhrələnib ali məktəblərə qəbul olacaqlar".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadənin "İnstagram" hesabında açdığı canlı efirinin qonağı olan zaman deyib.
Sənətçi hamının tez-tez ona ünvanladığı "Hansı yollarla arıq və formada qalırsız?" sualına aydınlıq gətirib:
"Mən saat 15:00-dan sonra qida qəbul etmirəm. Amma bu rejimə dərhal oturmaq asan deyil. Öncə gərək 20:00-dan sonra yeməyəsən və tədricən iki-üç saat bu zamanı artırasan. Ondan sonra ümumiyyətlə yemək istəməyəcəksən. Belə olan halda isə mədə kiçilir və artıq nəsə yemək istəmirsən. Fikirləşirəm ki, bütün xəstəliklərin (şəkər, təzyiq) səbəbi yeməkdəndir. Yeməyəndə insana heç nə olmur. Oğlum düz 20 saat ac qalır. Səhərdən başlayaraq saat 15:00-a kimi hər şey yeyirəm. Səhər yeməyini saat 09:00-11:00 arasında qəbul edirəm. Soyuducumda qatıq, göyərti və yaşıl alma var. Nə qədər onun içini ərzaqlarla dolu saxlasanız, bir o qədər çox yeyəcəksiniz".
Xalq artisti söhbət əsnasında un məmulatlarının, xüsusən də çörəyin insan orqanizminə vurduğu ziyanlarından danışıb:
"Qarnı üçün vuruşan insanları heç zaman başa düşməmişəm. Nəfsimizə yiyə durmalıyıq. İnsan gərək az qida qəbul etsin. Gərək çalışasan ki, mədəni aldadasan. Çörək ətri dünyada ən gözəl qoxudur. Uzun zamandan bəri qida rasionumdan çörəyi çıxartmışam. Ürəyim çörək yemək istəyəndə belə onun ətrini qoxlayıram və qoyuram yerinə. Çörək çox ağır qida növüdür. Onu yeyəndən sonra mədə çox ağırlaşır. Həzm sistemi yavaşlayır. Məhz bu səbəbdən çörək yemirəm. İnsan yedikcə yemək istəyir. Atalar deyirdi ki, iştah diş altındadır. Yemədikcə iştahanız küsəcək".

Şou Biznes     Baxılıb: 1763   Tarix: 20 aprel 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

turlar.az

kosmetoloq yaz geyimleri 2026 qaşların formalari cizgi filmi bagirsaqlari temizlemek ucun bu ilin cantalari ayaq dirnaqlara qulluq kosmetika veten haqqinda bayatilar şirin qoğal kokelmek oglaq xerçeng