Bronxial astmanın növləri
1. Autoimmun astma.
Autoimmun astma ağ ciyər toxumasının Ag-ə qarşı xəstənin sensibilizasiyası nətizəsində baş verir. Bu hal bronxial astma xəstələrinin 1%-ində rast gəlinir. Xəstəliyə diaqnoz qoymaq üçün əsas kriteriyalar aşağıdakılardan ibarətdir:
- ağır, fasiləsiz, residivləşən gediş
- xəstələrdə hormonal asılılığın və qlükokortikosteroid rezistenliyinin formalaşması
- qan zərdabı və turşu fosfotazası aktivliyinin artması.
Autoimmun bronxial astmaya nadir hallarda rast gəlinir.
2. "Aspirin" bronxial astması.
Boğulma tutması asetilsalisil qəbulundan sonra baş verir. Xəstələrə asetilsasisil sınağı aparılır və diaqnoz təsdiq edilir.
3. Ahıllarda bronxial astma.
Ahıl xəstələrdə bronxial astmanın gedişini və diaqnostikasını qiymətləndirmək çətin olur. Çünki ahıl şəxslərdə başqa xəstəliklərində olması, bronxit əlamətlərinə bənzər əlamətlər verir.
4. Peşə bronxial astması
Peşə bronxial astması, astma xəstələrinin 2%-ini təşkil edir. İstehsalatda bronxial astma xəstəliyinin əmələ gəlməsinə səbəb ola biləcək 200 maddə mövcuddur. İzosianid, platin duzları, müxtəlif bitki kompleksləri, heyvan mənşəli məhsullar, müxtəlif sənaye tullantıları və bir çox vasitələr bronxial astmanın əmələ gəlməsinə səbəb ola bilirlər. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə isə xəstəni həmin mühitdən uzaqlaşdırmaqdan ibarətdir.
5. Fəsil (sezon) bronxial astması.
Bu zaman bronxial astma xəstəliyi ilin müəyyən fəslində əmələ gəlir və fəsil dəyişdikdə keçib gedir.
6. Bronxial astmanın gənə variantı.
Xəstəliyin yeganə və tək əlaməti quru tutmaşəkilli öskürək hesab edilir. Belə öskürək adətən gecələr baş verir və fitverici xırıltılarla müşahidə edilir. Xəstəliyin əmələ gəlməsində gənələrin rolu olduğu söylənilir.
Müalicə:
Bronxial astma sağalmaz xəstəlikdir. Müalicənin əsas məqsədi xəstənin fiziki aktivliyini və normal həyat fəaliyyətinin keyfiyyətini saxlamaqdan ibarətdir.
Milli.Az / news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Miri Yusifin konsertinə böyük maraq: Biletlər artıq…
Səbr etmək güclülərin seçimidir' - Cavidan Novruz
Susub içimə atıram, danışanda da aləm bir-birinə dəyir
Məşhur aktyor islamı qəbul etdi
Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət
Taylandda itkin düşən reper xəstəxanada tapıldı - Vəziyyəti ağırdır
Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Zaur Əmiraslanovdan toy bazarına etiraz: "Səsimə heyfim gəlir