Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmazSoyuducunun buzluğu evin ən lazım olan yerlərindən biridir. Bu yerdə bir çox ərzaqlarımızı saxlayırıq. Buzluğumuz olmasa biz bəzi qida məhsullarımızı istədiyimiz qədər saxlaya bilmərik. Biz buzlqda bir çox qida məhsullarımızı saxlayırıq. Lakin, bəzi qida məhsulları vardır ki, onları buzluqda saxlamaq olmaz . Çünki, həmin məhsullar buzluqda saxlanılan zaman onların keyfiyyəti itir və faydasız bir tullantıya çevrilirlər. Bu qida məhsullarına aşağıdakılar aiddir.
1. Bir sıra tərəvəzlər
Qarpız, alma, kartof, xiyar kimi tərəvəzlər buzluğa qoyulduqda onların keyfiyyəti itir. Bu səbəbdən də onları dondurucuya qoymaq olmaz.
2. Donmuş ət  
Buzluqdan çıxarıldıqdan sonra donu açılmış əti yenidən dondurmaq olmaz. Bu zaman ətin dadı və keyfiyyəti korlanır. Donu açılmış ətdə inkişaf etmiş bakteriyalar sonradan artıb çoxalır və orqanizm üçün zərərli hala gəlir. Bu səbəbdən də donu açılmış əti yenidən donduqmaq qəti olmaz.
3. Makaron və vermeşil
Bişmiş makaronu buzluqda saxladıqda onun keyfiyyəi tamamiə itir və istifadəyə yaramır. Bu səbəbdən də lazım olan qədər makaron bişirin və ya saxlamaq istədikdə soyuducunun aşağı hissəsində saxlayın.
4. Kofe dənələri
Kofe dənələrini buzluğa qoyduqda nəm çəkir və keyfiyyətini itirir. Kofe dənələrini buzluğa qoymaqdansa hermetik qabda saxlamaq daha münasibdir.
5. Konservlər
Konservlərin buzluqda saxlanılması qəti qadağandır. Konservlərin qapağı açıldıqda onların hermetikliyi itir Bu səbəbdən də açdıqdan sonra onlardan qısa bir zamanda istifadə etmək lazımdır.
6. Yumurta  
Yumurta buzluqda saxlanılmasına yol verilməyən qidaların siyahısında altıncı yerdə durur.
7. Kremlər
Krem formalı qida məhsullarını dondurucuda saxladıqda onlar öz keyfiyyətlərini elə itirirlər ki, əvvəkli dadları qalmır. Bu qidalara smetan, yoqurt, bişmiş krem, qatıq və s. aiddir.
8. Yumşaq pendir
Dondurucuda bərk pendirləri saxlamaq mümkün olur, amma, az sıxılmış yumşaq pendirləri dondurucuda saxlamaq mümkün olmur. Bu zaman onların dadı və keyfiyyəti itir.
9. Souslar, kraxmalla və ya unla qatılaşdırılmış qidalar  
Bu cür qidaların buzluqda saxlanılması qidaların keyfiyyətinin, görüntüsünün və dadının dəyişilməsinə səbəb olur.
10. Ərinmiş dondurma  
Ərinmiş dondurmaları yenidən buzluqda saxlamaq dondurmanın keyfiyyətini itirir. Bu zaman dondurmanın dadı da dəyişilir.
11. Qızardılmış qidalar
Qızardılmış qidaları və hazır şəkildə alınmış qidaları dondurucuda saxlamaq mümkün deyil. Bu zaman onların dadı əvvəlki kimi olmur və tərkibində bakteriyalar əmələ gəlir və orqanizm üçün təhlükəli sayılır.
Sağlamlığınıza diqqət yetirmək istəyirsinizsə o zaman qəbul etdiyinizi qidaların necə saxlanılması qaydalarını diqqətlə öyrənin və öyrəndiklərinizə əməl edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1310   Tarix: 03 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 gelinlikler kombinler 2026 yay yoğun bağırsaq xəstəlikləri viktoriya sekret zeytun mürəbbəsi kosmetika sağlamlığa aid atalar sözləri lakonizm kəlamlar gulmeli hakista vidyolar