Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur - Müasir smartfon sindromları

Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur - Müasir smartfon sindromlarıMüasir gadjetlər - istər tv, istər telefon, planşet, sizin orqan və beyninizə mənfi təsir edir.
Milli.Az bildirir ki, medicina.az hazırda yaranmasında məhz telefonun böyük rol oynadığı xəstəlikləri araşdırıb. Siyahı ilə tanış olun:
1. Karpal tunel sindromu
Onu həmçinin bilək sindromu da adlandırırlar.
Ovucda, biləkdə sümüklə bağlar arasında sinir kanalının sıxılmasıdır. Son zamanlar geniş yayılıb, gənclərdə rast gəlinir. Əlin bilək üstü, ovuc hissəsi qıc olur, keyiyir, ağrıyır. Əldə bütün barmaqlar, çeçələdən başqa, ağrıyır. Getdikcə proses dərinləşir, insan komputerdə və ya telefonda yazı yaza bilmir, işləyə bilmir.
Sinirin ətrafı iltihabkaşır. Alimlər sübut edib ki, uzun müddət, gündə məsələn 8-9 saat klaviaturada, telefonda yazı yazanlarda bu sindrom yaranır.
Necə müalicə olunur:
Əgər bu simptomlar varsa, ağrıkəsici, mazlar və s. vaxt itirməyin. Nevroloq və ya ağrı mütəxəssisinə müraciət edin. Əgər ilk başdan müalicə etsəniz, əməliyyatdan yan qaça bilərsiniz.
Bir müddət həmin əlinizə şina taxıla bilər və siz komputer, teletona fasilə verməlisiz.
2. Quru gözlər və ya komputer gözləri sindromu
Monitora gündə 3 saatdan artıq fasiləsiz baxanlarda yaranır. Göz bəbəkləri daralıb bir nöqtəyə baxır, uzağa baxmağı sanki yadırğayır, yorulur, qırpma hərəkətləri azalır. Nəticədə gözlər ağrıyır, qızarır, quruyur, boyun, başa ağrı verir. Göz yaşı kanalı da quruya bilər. Eləcə də müalicə almadıqda, simptomlar dərinləşib başqa göz xəstəliklərinə yol açır.
Nə etməli?
Komputerlə iş zamanı hər 2 saatdan bir 20 dəqiqə fasilə verməli. Göz quruluğuna qarşı damcılar almalı. Uzağa baxmalı, tez-tez göz məşqləri edin, İldə bir dəfə oftalmoloq müalicəsindən keçin.
3. Eşitmədə pozulmalar
Qulaqcıqlar real təhlükə mənbəyidir. Bütün zəngləri də qulaqcıqla qəbul etmək eşitmə aparatını sıradan çıxarır. Gündə 85 desibeldən yuxarı küy təsiri qulaq içində olan xüsusi tükləri zədələyir. Nəticədə beyinlə qulaq arasındakı səs mübadiləsi pozulur. Müasir qulaqcıqlar maksimum 105 desibel yüksəkliyə hesablanıb. 5 dəqiqə bu səs kifayətdir ki, eşitmə zəifləsin.
Nə etməli?
Qulaqcıqdan fasilələrlə istifadə edin. Çalışın ən keyfiyyətli, standartlara cavab verən qulaqcıq alın. Qulaqcığa çox səs verməyin. Eşitmədə zəiflik olan kimi, LOR həkimə gedin.
4. Yuxusuzluq, yuxu pozulması
90% insanlar mütləq yuxudan əvvəl smartfonda vaxt keçirir. Smartfon ekranından gələn mavi işıq melatonin hormonunun sintezini pozur, beynin yuxuya getmə prosesini əngəlləyir, insanın bioloji ritmlərini pozur. Beyin bir neçə müddət oyaq qalır, yuxuya gedə bilmir. Sürətli yuxu fazası pozulur, hormonal balans dincəlmir, insan yuxudan doymadan oyanır.
Nə etməli?
Yatmazdan 2 saat əvvələ kimi telefondan uzaq durun. Heç olmasa yarım saat. Nəsə baş qatmaq istəyirsinizsə, kitab oxuyun.
Əgər heç ayrıla bilmirsinizsə, onda telefonda "Qiraət rejimi" qoyun, o mavi işığı bloklayacaq.
5. İnfeksion xəstəliklər
Hesablanıb ki, bir insan telefonunu hər 12-13 dəqiqədən bir gündə 80-90 dəfə yoxlayır. Telefon müxtəlif səthlərə qoyulur, əllər toxunur. Telefonun səthində 10 milyona yaxın bakteriya toplaşır.
Beləliklə, öz telefonunuz ən çirkli əşyaya, təhlükəli bakteriya mənbəyinə çevrilir.
Araşdırmalar göstərir ki, telefonda stafilakok, bağırsaq infeksiyaları, sineqnoy çöpü, ağciyər bakteriyaları ola bilər.
Nə etməli?
Telefonu xüsusi təmizləmə prosedurundan keçirməli. Bunun üçün xüsusi xidmətlər və xüsusi mikrofibrli parçalar var. Əllərinizi isə hər gün sabunla ən azı 12 dəfə yuyun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 15 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom