Bu bitkilər qarışqaları evdən uzaq tutacaq
Yaz və yay mövsümündə evlərdə qarışqa problemi daha tez-tez ortaya çıxır. Lakin bu kiçik həşəratların qoxulara qarşı həssas olduqları nəzərə alınarsa, bəzi ətirli bitkilərlə bu problemin qarşısını təbii və asan üsullarla almaq mümkündür.
Milli.Az xəbər verir ki, Britaniyanın "The Mirror" nəşri qarışqaları evlərdən uzaq saxlamağın ekoloji cəhətdən zərərsiz və təsirli yollarını təqdim edib.
Məsələn, reyhan bitkisi tərkibindəki evgenol və linalool adlı güclü efir yağları sayəsində qarışqaları uzaqlaşdırmaq qabiliyyətinə malikdir. Reyhanı istər bağda, istərsə də otaqda yetişdirmək mümkündür və hər iki halda eyni dərəcədə faydalıdır.
Ev şəraitində istifadə üçün qarışqaların tez-tez gəzdiyi sahələrə təzə və ya qurudulmuş reyhan yarpaqları yerləşdirmək tövsiyə olunur. Əlavə təsir üçün bir püskürdücü butulkaya su ilə birlikdə bir neçə damcı reyhan yağı tökün, pambıq parçaları bu məhlulla isladıb, problemli nöqtələrə yerləşdirin.
Digər təsirli bitkilərdən biri də lavandadır. Xoş qoxusu və güclü təsiri sayəsində lavanda qarışqaları uzaqlaşdırmaq üçün ideal hesab olunur. Onu qapı və pəncərə önlərində, saxsı qabda böyütmək məqsədəuyğundur. Lavanda yağı da əlavə vasitə kimi istifadə oluna bilər.
Eyni zamanda, rozmarin də kəskin və xoşagəlməz qoxusu ilə qarışqaları evdən uzaq tutmağa kömək edir. Onun təzə budaqlarını mətbəxdə, pəncərə kənarlarında və giriş qapısı ətrafında yerləşdirərək həşəratların evə daxil olmasının qarşısını almaq mümkündür.
Qeyd etmək lazımdır ki, bu bitkilər təkcə zərərvericiləri uzaq tutmaqla kifayətlənmir, eyni zamanda evə təbii və xoş bir ətriyyat bəxş edir, həm də dekorativ baxımdan estetik görüntü yaradır.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi