Bu cür qidalansaz KÖKƏLMƏZSİNİZ
Dietoloqlar qidalanma saatının insan orqanizmində böyük rolu olduğunu açıqlayıblar.
Milli.Az xəbər verir ki, son zamanlar sosial şəbəkələrin də təsiri nəticəsində pəhriz saxlayanların sayı xeyli artıb. Maraqlısı ondadır ki, bəzi insanlar nə qədər pəhriz saxlasalar da arıqlaya bilmirlər. Bunun üçün qidalanma saatına fikir vermək lazımdır. Səhərlər karbohidrat tərkibi az olan qidalara üstünlük vermək daha məqsədəuyğundur. Çünki karbohidrat qlükoza tərkibi ilə zəngindir və kalorisi yüksəkdir. Səhərlər qəbul edilən karbohidrat gün ərzində orqanizm tərəfindən enerjiyə sərf olunaraq piyə çevrilmir.
Taxıl bitkiləri, quru meyvələr, şirəli meyvələr, şirniyyatlar, kartof kimi qidalar nahar yeməyi üçün daha uyğundur. Qulaqda qəribə səslənsə də dietoloqlar kartofu səhər yeməyi kimi məsləhət görürlər. Çünki nişasta baxımından zəngin, yüksək kalorilidir və asanca piyə çevrilə bilər.
Alma isə mədə və bağırsaqların daha yaxşı işləməsinə kömək edir. Ona görə də səhərlər yemək daha faydalıdır. Lakin axşam yeyilən alma narahatlığa səbəb olaraq, mədənin turşuluğunu artıra bilər. (ölkə.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir