Bu da aparıcı Zaurun hər kəsdən gizlətdiyi gözəl qızı - FOTOLAR

ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev qızı Dilavərdən danışıb.

BiG.AZ-ın məlumatına görə, aparıcı bildirib ki, qızına görə əlindən gəldiyi qədər çalışıb və bundan sonra da çalışmağa davam edəcək. O, bundan sonrakı həyatını, gələcəyini isə qızının öz öhdəsinə buraxıb. Zaurun qızı ilə bağlı təsirli sözlərini təqdim edirik:

"Onsuz da nə vaxtsa, haradasa yollarımız ayrılacaq. Əlimi buraxıb öz yoluna, öz dünyana, öz həyatına, öz arzu və xəyallarına tərəf qaçacaqsan. Geriyə dönmədən get, qızım. Arxada sənin üçün döyünən, yaşayan, sevinən, kədələnən, min bir əziyyətini çəkən ata-anan olsa da dönmədən yalnız irəli get. Mənsiz onsuz da səni irəli göndərmək üçün həmişə arxada qalacağam. Əlindən tutub gedəndə ürəyimdə qəribə hiss keçirdim. Geyindiyin libas mənə bir gəlinliyi xatırlatdı. Mənim balaca şaftalım, əynindəki paltar yırtıla, çirklənə, sökülə və köhnələ bilər, amma çalış vicdanın heç zaman çirklənməsin. 4 yaşlı quzum, vicdan bilirsənmi nədir? vicdan zəhmət çəkən insanların haqqını itirməməkdir.

Çalış, heç kimin haqqını itirmə, balaca şaftalım. Ata-anana borclu kimi yaşama. Biz istədik ki, sən doğulasan. Bis istədik ki, həyatımızı sənin kimi balaca tüklü bir şaftalı bəzəsin. Odur ki, böyüyəndə Allahından başqa özünü kimsəyə borclu bilmə. Çünki yalnız o səni təmənnasız sevib və bu dünyaya göndərib. Səni sevirəm, qızım.

Həyatımda ən böyük dəyərin nə olduğunu bilmirəm və bəlkə də heç vaxt bilməyəcəyəm, çünki zamana görə maraqlarım və dəyərlərimin çəkisi, qiyməti dəyişib. İndiki anımda ən böyük dəyərim sənsən. bunu yəqin bilirəm. Böyüdüyün zaman harda, kimlə olsan ən birinci səni yaradanı və sonra səni sev. Özünü sevməsən sənə kimsə dəyər verməyəcək.

Həyatında zəhməti keçən insanlar olacaq, çalış, onları unutma. Sənin üçün bu gün əlimdə olan bütün imkanlardan istifadə edib şərait yaradıram. Sabah bu imkanların daha artıq, və ya heç olmaya bilər. İstədiyin an onları əldə edə bilərsən, ona görə də onları itirməkdən qorxma. Yalnız bir şeyi qazana bilməzsən: itirilmiş vicdan. Bax, onu heç vaxt itirmə.

Mən sənə əxlaq dərsi keçməyəcəm. Beyin, ruh, istək, maraq sənindir. Sən mənə və çevrənə görə yaxşı görünməyə çalışma. İçindən necə rahatdırsa elə yaşa. Mən sənə nə qədər yol cızsam da, yenə də öz yolunla gedəcəksən. Lap elə bu şəkildəki kimi. Odur ki, yolun hər zaman açıq olsun, mənim balaca tüklü şaftalım".
Bu da aparıcı Zaurun hər kəsdən gizlətdiyi gözəl qızı - FOTOLARBu da aparıcı Zaurun hər kəsdən gizlətdiyi gözəl qızı - FOTOLAR

Xəbərlər     Baxılıb: 7653   Tarix: 30 sentyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

hamiləlik toy makiyajlari makiyaj instagram qadınlar və kişilər əlibala hacızadə süni mayalanma displaziya kosmetika terezi bayatılarımızda vətən həsrəti sağlamlığa aid atalar sözləri porno toyuq salati