Bu da Mərhum xalq artisti Rusiyada yaşayan heç yerdə görmədiyiniz oğlu - FOTO
Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun Rusiyada yaşayan oğlunun fotosu yayılıb.
Fotonu Rus Dram teatrının aktyoru Elşad Süleyman feysbuk səhifəsində paylaşıb. Ata-oğul sanki bir almanın iki üzüdür.
Yenicag.az-a açıqlama verən E.Süleyman fotonu Smolensk şəhərində çəkdiyini bildirib:
"Mən orada bir ziyafətdə iştirak edirdim. Hacıbaba Bağırovun oğlunu da qonaqlara orda təqdim etdilər. Adı Aleksandrdır, onunla bağlı başqa məlumat bilmirəm".
Qeyd edək ki, Azərbaycanın məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Onu "Saşa" deyə çağırıblar. Sənət dostlarının dediyinə görə, o, atasının son günlərinə qədər ona baş çəkib, əlaqə saxlayıb.
Qeyd edək ki, xalq artistinin Aleksandrdan başqa Lalə və Şölə adlı iki qızı var.
Aleksandrın 64, Lalənin 55, Şölənin isə 15 yaşı var.









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz