Bu dərmanları qəbul edirsinizsə, yaşıl çay içməyin - Xəbərdarlıq
Milyonlarla insanın gündəlik həyatında sağlamlıq rəmzi kimi qəbul etdiyi yaşıl çay bəzi dərmanlarla birlikdə təhlükəli ola bilər.
Milli.Az xəbər verir ki, əczaçılar və qidalanma mütəxəssisləri xəbərdarlıq ediblər ki, yaşıl çay müəyyən dərmanların təsirini azalda və ya onların yan təsirlərini gücləndirə bilər.
Yaşıl çayın xüsusilə dörd dərman qrupu ilə eyni vaxtda qəbulu risk daşıyır:
Qan durulaşdırıcılar (antikoaqulyantlar)
Aptek mütəxəssisi Jessica Beal bildirib ki, yaşıl çayın tərkibindəki K vitamini, Warfarin kimi qan durulaşdırıcı dərmanların təsirini azalda bilər. Bu isə laxtalanma riskini artırır.
Stimullaşdırıcı dərmanlar (DEHB müalicəsi və s.)
Yaşıl çaydakı kofein stimullaşdırıcı dərmanlarla birləşəndə ürək döyüntülərinin, qan təzyiqinin və narahatlığın təhlükəli dərəcədə yüksəlməsinə səbəb ola bilər.
Dəmir əlavələri
Aparılan tədqiqatlara görə, yaşıl çayın tərkibindəki bəzi maddələr dəmirin orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir. Bu isə anemiya riskini artırır.
Psixi sağlamlıq dərmanları
Mütəxəssis Sheeri Jonnala xəbərdarlıq edir ki, yaşıl çaydakı kofein bəzi antidepresan və antipsikotiklərin təsirini dəyişdirə, orqanizmdə dərman səviyyəsini artıra və təhlükəli yan təsirlərə yol aça bilər.
Mütəxəssislər vurğulayırlar ki, yaşıl çay faydalı olsa da, bəzi dərmanlarla birlikdə istifadəsi sağlamlıq üçün risklidir.
Milli.Az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi