Bu düşüncələr Altsheymer riskini artırır - ARAŞDIRMA

Bu düşüncələr Altsheymer riskini artırır - ARAŞDIRMALondon Universitetinin alimləri mənfi düşüncələrin Altsheymer xəstəliyinin - sağalmaz və ölümcül demensiyanın inkişafına səbəb ola biləcəyini müəyyən edib.
Publika.az xəbər verir ki, "Alzheimers & Dementia" jurnalında təhlükəli demensiyanın yaranmasının yeni səbəbləri barədə alimlərin məqaləsi dərc olunub.
Bir neçə il davam edən araşdırmada 55 yaşdan yuxarı 360 nəfər iştirak edib. Depressiya və stressi ölçülən könüllülər vaxtaşırı keçmişi düşündüklərini və gələcək üçün narahat olduqlarını bildirib. İştirakçıları yaddaş, diqqət, məkan təfəkkürü və dil baxımından da test ediblər. Tau protein və amiloid beta səviyyəsini təyin etmək üçün 113 nəfər pozitron emissiya tomoqrafiyasından keçirilib.
Məlum olub ki, təkrarlanmış mənfi düşüncə sonrakı dörd il ərzində koqnitiv funksiyaların azalmasına (məsələn, yaddaş pozğunluğu), həmçinin Altsheymer xəstəliyində də müşahidə olunan beyində zərərli protein aqreqatlarının çökməsinə gətirib çıxarır. Artıq məlumdur ki, depressiya və stress demensiyanın inkişaf amilləridir, lakin ilk dəfə müəyyən düşüncə formalarının belə bir amil kimi çıxış edə biləcəyi göstərilib.
2019-cu ilin sentyabr ayında həftədə bir neçə dəfə edilən məşqlərin xəstəliyin yüksək riski olan insanlarda Altsheymer xəstəliyinin inkişafını gecikdirə biləcəyi bildirilmişdi. Bu nəticələr ABŞ-ın Texas Universitetinin Cənub-qərb tibb mərkəzinin alimləri tərəfindən təqdim olunmuşdu.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1948   Tarix: 09 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

qadın geyimi geyim şəkilləri reseptler ilk cinsi əlaqə baş ağrısı yay geyim 2026 saclarin horulmesi kosmetika novruz bayramina aid hakista sağlamlığa aid atalar sözləri ağır itki baliq burcu salatlar