Bu formada çəkinizə nəzarət edə bilərsiniz

Bu formada çəkinizə nəzarət edə bilərsinizOtlar və bitki çayları ilə maddələr mübadiləsini sürətləndirərək arıqlama və yağ yandırma prosesinizi asanlaşdıra bilərsiniz.
Çəkiyə nəzarət üçün istifadə olunan bitkilər
Milli.Az lent.az-a istinadən xəbər verir ki, otlar və bitki çayları ilə maddələr mübadiləsini - metapolizmanı sürətləndirərək arıqlama və yağ əritmə prosesini asanlaşdırmaq mümkündür. 
Çəkinizə nəzarət etmək üçün hansı bitkilərdən istifadə etmək faydalıdır?
Qarışıq yaşıl çay
Çox güclü antioksidant olan yaşıl çayın müntəzəm istifadəsi bədəndən toksinləri çıxarır. Buna görə də şişi aradan qaldıraraq bədəndəki yağın ərinməsinə zəmin hazırlayır.
Yaşıl çay qarışığı resepti belədir:
4 çay qaşığı yaşıl çay,
4 çay qaşığı mate yarpaqları,
2 çay qaşığı kəklikotu,
2 çay qaşığı gicitkən yarpağı,
1 litr su.
Darçın
  Darçın həm qan şəkərini tənzimləyir, həm maddələr mübadiləsini aktivləşdirir, həm iştahı yatırır, həm də toxluq hissi yaradır.
Darçını süd və ya toz kimi qatıqla birlikdə qəbul edə bilərsiniz.    Bu üsul bağırsaqların yaxşı işləməsinə səbəb olur.
Darçını toz halında dəmlənmiş çaya əlavə etmək də məsləhətdir. Bu həm də çaya xoş ətir verir.
Darçın çubuğunu suda bir neçə saat saxlamaqla o mayeni qəbul etmək faydalıdır. Bu suya limon, nanə və cəfəri də əlavə edib içə bilərsiniz.
Cəfəri
  Cəfəri güclü antioksidantdır. Köklük problemini aradan qaldırır və piylərin ərinməsinə səbəb olur. Onu qaynar suda dəmləyib çay kimi qəbul edin.
Cəfəri ilə limonu da qarışdırmaq müalicəvi təsirə malikdir: bir dəstə təmiz və təzə cəfərini çəkib bir stəkan limon suyu və bir stəkan normal suda həll edərək qarışdırıb içmək xeyirlidir.
Mate yarpağı
  Mate yarpağı durğun maddələr mübadiləsini - metabolizmanı aktivləşdirərək arıqlama prosesini başladır. Belə ki, insanı tox və daha az ac hiss etdirir. Bunun üçün 1 xörək qaşığı qurudulmuş və üyüdülmüş mate yarpaqları 200 qramlıq qaynar suya tökülür, 7-8 dəqiqə dəmlədilir.
Rozmarin
  Kökəlməyin qarşısını almaq və arıqlama prosesində rozmarin çayına üstünlük verə bilərsiniz. 1 çay qaşığı rozmarini qaynar su ilə dəmləyin və müntəzəm olaraq qəbul edin.
Tərə otu (vəzəri)
  Tərə otu bitkisini səhər qəlyanaltısında yeməkdə fayda var.
Gicitkən otu
  Gicitkən otu bədəndəki yağın ərinməsinə səbəb olur.
Zəncəfil
  Zəncəfil sidikqovucudur və köklüyü azaltmağa yardım edir. Bitki çayı şəklində zəncəfil tozunun üzərinə bir dilim limon da əlavə edərək istifadə edə bilərsiniz.
Kəklikotu
  Arıqlama prosesi şişliyin azalması və yağların əriməsi deməkdir. Bu işdə sizə kömək edən kəklikotunu salatlara qatıb ədviyyat kimi istifadə edə bilərsiniz. Eyni zamanda, qaynar suda dəmlənən ətirli kəklikotulu çayı içmək də yağların əridilməsini sürətləndirir və daha sağlam şəkildə arıqlamanıza imkan yaradır.
Mərzə (marjoram)
  İçməli suya mərzə və limon əlavə etməklə vücuddakı yağların əridilməsini sürətləndirə bilərsiniz. Mərzəni qaynar suda da dəmləyib çay kimi içmək faydalıdır.
Nanə
  Salatlara, içməli suya, qatıqlara və sulu yeməklərə çiy və qurudulmuş şəkildə əlavə edilən nanə həm insanı tox tutur, həm də həzm sistemini tənzimləyir.
Albalı sapı
  Qurudulmuş albalı saplarını dəmləyib çay kimi içmək bağırsaqları fəallaşdırır. Bağırsaqları normal çalışan insanlar adətən çox da kökəlmir, arıq qalırlar.
Şüyüd və şüyüd yarpaqları da bədəndən artıq yağları qovur.
Mixək çayı
  İki mixəyi qaynar suya atın, bir az keçdikdən sonra üzərinə bir qabda qarışdırılmış 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsini əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı stəkanda soyudun. Səhər yeməyindən təxminən 1 saat əvvəl bu qarışığı qəbul edin. Amma həm də bunu yadda saxlayın ki, bu dəmləməni 1 ay ara verməklə etmək məsləhətdir.
Darçın və zəncəfil çayı qarışığı
  1 çubuq darçın, 1 kök zəncəfil, 1 çay qaşığı qara bibər, 6 hil, 2 mixək, 1 çay qaşığı bal və 1 litr su. Qara bibər və baldan başqa, bütün digər məmulatları bir qabda qarışdırıb 3 dəqiqə qaynadın. Qaynayan qarışığa bal və qara bibər əlavə edin. Gün ərzində çay kimi 3 - 4 stəkan içə bilərsiniz.
Zəncəfil çayı, cökə (ıhlamur) və adaçayı (şalfey) qarışığı da mədə-bağırsaq sisteminin fəaliyyətini nizama salır. 
Limon otu çayı
  Qəhvə bişirilən qaba 2 çay qaşığı limon otu qoyub qaynadın. Sonra kənarda qapağı bağlı halda 2-3 dəqiqə saxlayın. 5 dəqiqə sonra üzərinə 1 çay qaşığı nanə əlavə edib için.
Ağ çay
  Ağ çayı günorta saatlarında 2 stəkan içməklə də köklüyün səbəbi olan bədəndə yağ toplanmasının qarşısını ala bilərsiniz.
İstəkli dinləyicilər, çəkinizə nəzarət etmək üçün hansı bitkilərdən istifadə edə bilərsiniz, bunları təqdim etdik. Arıqlıq sağlamlıqdır, amma çox arıqlıq insanı zəif salar, əhval-ruhiyyəni xarab edər, əsəbləri pozar və üstəlik skletetə bənzədərək gözəlliyini əldən alar. Əsas odur, yaşa görə normal çəkinizi saxlayasınız. Sağlıq olsun.  
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 994   Tarix: 10 aprel 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gelinlikler geyim seçimi sade makiyaj sekilleri peçenyelər bayatilar ciyər qovurması zeytunun hazirlanmasi kosmetika efsaneler qiz evi haxista qoğalın nağlı haxışda rus dilin nece orenek