Bu gün Şuşada muğam bayramıdır - VİDEO

Bu gün Şuşada muğam bayramıdır - VİDEOMədəniyyət paytaxtımız 8-ci "Muğam" Televiziya Müsabiqəsinin finalına ev sahibliyi edir. Bu festival Qarabağın yenidən mədəniyyət mərkəzinə çevrilməsi, incəsənətin, musiqinin vətəninə qayıtmasıdır. 
azxeber.com xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, final gecəsi bu gün, yəni avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.
Xalq artisti Fəxrəddin Dadaşov kanalımıza açıqlamasında bildirdi ki, həmişə bunun arzusunda olmuşam: "Mən bir il yarım bundan əvvəl Bülbülün ev muzeyində olanda belə deyildi, çox dəyişib, çox gözəl təmir olunub. Həmişə arzu etmişəm ki, Şuşamızda belə muğam müsabiqələri keçirilsin. Mən xoşbəxt adamam ki, mənə də nəsib oldu bunu görmək".
Xalq artisti Firuz Əliyev də bildirdi ki, Şuşaya ilk səfəridir: "Mən çox sevinirəm, bu gün çox gözəl gündür. Mən 40 il bundan qabaq Şuşada olmuşdum. İslam Rzayev, Maestro Niyazi ilə Şuşada birlikdə olmuşam. İnandırım sizi ki, sevincimdən ağlamaq istəyirəm. Bu sevinci bizə yaşadan müzəffər ordumuza təşəkkür edirəm. Muğam bizim milli sərvətimizdir. Muğam həmişə inkişafdadır".
Qeyd edək ki, müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə bu gün saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, bu gün və sabah saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII "Muğam" müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Şou Biznes     Baxılıb: 1409   Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

turlar.az

geymler 2026 makiyaj etmek qaydalari gözəllik məhsulları faydalı qidalar sızanaqlara qarşı orqazm uc baci dolmasi kosmetika rus dilini oyrenek 2ci ders oyunlar gulmeli hakista gözellik sac duzumleri