Bu gün universitetdə vəfat edən tələbənin yaxını: "Valideynləri ölümündən xəbərsizdir"
Gəncə Dövlət Universitetində magistr təhsili alan Həşimli İbrahimin valideynləri hələ də övladlarının ölümündən xəbərsizdir.
Bunu Qadinsayti.az-a açıqlamasında tələbənin adını çəkilməsini istəməyən qohumu məlumat verib.
Onun sözlərinə görə, ata-anasına hələ də oğullarının öldüyünü deməyiblər:
"Hələ də şokdayam. İbrahimin öldüyünə hələ də inana bilmirəm. Valideynləri İbrahimin ölümündən xəbərsizdir. Universitetdən reanimasiyada olduğunu bildiriblər, amma öldüyü barədə onlara məlumat verilməyib. Hazırda valideynləri yoldadırlar, Gəncəyə yola düşüblər".
Mərhumun qohumunun sözlərinə görə, İbrahimin bu vaxtadək heç bir xəstəliyi olmayıb: "Bizim də bildiyimiz, İbrahimin huşunu itirməsi və xəstəxanada ölməyidir. İbrahimin ölümünün səbəbini öyrənmək istəyirik".
Xatırladaq ki, bu gün Gəncədə universitetdə ölüm hadisəsi baş verib. Gəncə Dövlət Universitetində magistraturasında təhsil alan İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Həşimli İbrahim Müstəib oğlu ali məktəbdə olarkən huşunu itirib, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Müayinə zamanı onun öldüyü məlum olub. Tələbənin universitetdə anidən özünün pis hiss edərək yerə yıxıldığı və orada öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şahidə Tapdıq
f Paylaş








Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama