Bu içki mədəaltı vəzi hüceyrələrini öldürür
Müntəzəm olaraq araq içən insanların 50 yaşdan sonra mədəaltı vəzi səbəbindən ölmə riski çoxdur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov deyib.
"İlk zərbəni üzərinə götürən orqan mədəaltı vəzidir. Daha sonra araq qaraciyər, beyin, ürək-damar sistemini sıradan çıxarır. Spirtli içki sevənlərdə sirroz, diabet və pankreatitə daha çox rast gəlinir. Araq mədəaltı vəzinin hüceyrələrini zamanla öldürür və qaraciyərdə çapıqlar yaranır. Toxumada çapıq hissənin artması ensefalopatiya və sirroza gətirib çıxarır. Etanolun təsiri altında ürək ritmi pozulur, təzyiq qalxır, baş beyində pozulmalar olur. Alkoqolizmin təhlükəli ağırlaşmalarından biri də xərçəng riskidir. Araq qida borusu, mədə, qaraciyər, mədəaltı vəzi xərçənginin tətikləyicisidir", - o bildirib.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi