Bu insanların orucu qəbul olmur — SİYAHI

Bu insanların orucu qəbul olmur — SİYAHIRamazan ayının sonuna az qalıb. Amma bu qalan günlərdə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu gərək bilək.
Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: "İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar".

Xanim.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: "Oruc tutan (orucunun haqqını əda etməzsə) o zaman ki, dili, qulağı, gözü və əzalarını (o şeylər ki, ona haramdır) hifz etməz. Yəni həqiqi oruc tutmaq qarını bütün yeyəcəklərdən və içəcəklərdən və digər batil işlərdən hifz etmək və xülasə Allahın günahından çəkinməkdir. Çünki oruc tutan bütün haramlardan çəkinmədən həqiqi oruc tutmaz".

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: "Beş xüsusiyyət vardır ki, orucu batil və dəstəmazı pozar: yalan və qeybət, söz gəzdirmək, şəhvəti təhrik edən fikirlər, yalandan and içmək". Bu xüsusiyyətlər oruc və dəstəmaz kimi ibadətlərin mənəvi və ruhani əsərlərini aradan aparır. Oruc və dəstəmazın əcr və savabını məhv edir.

İmam Rza (ə) başqa yerdə buyurur: "(Ey oruc tutan) bil ki, Allah sənə rəhmət edər, həqiqətən oruc bir hicab və örtüdür. Allah onu dillərə, qulaqlara, gözlərə və başqa üzvlərə vurmuşdur. O zaman ki, şər və fəsad və çirkin işlərə aludə olmuş olar. (Çünki, dil, qulaq, göz və başqa üzvlər o zaman ki, şəxsin iman və dininin kontrolu altında olar, onların şərindən tamamilə amanda olar). Təharət (oruc hicabı) onu cəhənnəm atəşindən qoruyar və atəşə qarşı möhkəm hicab olar".

Peyğəmbəri-Əkrəm (s) buyurur: "O qadın ki, öz ərini dili ilə incidər, Allah ondan heç bir həsənə və əməl qəbul etməz. O zamana qədər ki, ərini razı salmaz. Baxmayaraq ki, bütün ömrünün günlərində oruc olar, ömrünün bütün gecələrini namaza dayanmış olar, bütün qulları azad etmiş olar, cəhənnəmə daxil olacaq ilk insan olacaqdır. Əgər kişi öz arvadına zülm edərsə, (bu əzablar kişi üçün də olar)".

Oruc əxlaq institutu, nəfsi islah edən və şəxsiyyəti formalaşdıran bir ibadətdir. Oruc tutan bu institutda bütün tərbiyə qaydalarından xəbərdardır. Həqiqətdə özü bir əxlaq müəllimi və bədənin bütün üzvlərinə hakim olmalıdır. Gözü, qulağı, dili və sair üzvləri də oruc olmalıdır. Həzrət Cəfər Sadiq (ə) buyurur: "O zaman ki, orucsan, gərək qulağın, gözün və saçın imsak halında olsun. (Hər bir günahdan çəkinsin)".

İmam Səccad (ə) isə oruc haqqında buyurmuşdur: "Orucun haqqı odur ki, bilməlisən ki, bu bir pərdədir. Allah onu dil, qulaq, göz və qarnının qarşısında qərar vermişdir ki, səni atəşdən qorusun. Belə ki, hədisdə deyilir: "Oruc atəşin qalxanıdır". Əgər əzalarını bu pərdənin arxasında saxlasan (onları günahdan hifz etsən) ümid var ki, (əzabdan) hifz olunasan. Əgər əzaların pərdə arxasında rahat durmazsa, künc-bucağından yuxarı qalxarsa, üzvlərin sərhədi keçmək istəyərsə, mümkündür ki, pərdə parçalansın və bədən bayıra düşsün. "Və la qüvvətə illə billəh"".

Bunu da qeyd etmək lazımdır ki, iftar edən zaman mədənizi birdən-birə doldurmayın. Çünki Allah dərgahında dolu qarından nifrətedici bir şey yoxdur. Baxmayaraq ki, halal yeməklə dolmuş olsun. Bu zaman Ramazan ayının fəzilətli gecələrində ibadət etməkdən məhrum olarıq. Bu əməl orucun mənəvi və ruhani göstərişləri ilə təzad təşkil edir.

Bu məsələyə də diqqət edin ki, iftar zamanı qorxu və iztirab halında olun, çünki, Allah Təalanın orucunuzu qəbul edib-etmədiyini bilmirsiniz. Əgər orucunuz qəbul olarsa, Allaha yaxınlardan olarsınız və əgər qəbul olmazsa, Allahı qəzəbləndirənlərdən olarsınız. Budur orucun mənəvi və batini mənası. Bu cür oruc peyğəmbərlərin (ə) və övliyaların orucu kimi olar.

Xəbərlər     Baxılıb: 1987   Tarix: 19 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari toy gecesi ev dizaynlari yataq otagi otaq dizayni yumurta ile uz maskalari kosmetologiya kosmetika uşaq şeirləri yuxuda qara ilan gormek qaynanaya aid novruza aid hakista veten haqqinda atalar sozu