Bu kişilər daha tez ölür - Alimlər
Tənhalığın sağlamlıq və həyata daha bir təhlükəsi sübut olunub.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Finlandiya alimləri kişilər üzərində 40 illik tədqiqatı yekunlaşdırıblar.
Hələ 1980-ci illərdən 2570 kişi üzərində müşahidə apararaq, onların sağlamlıq vəziyyətini izləyib.
Bu müddət ərzində 600 nəfərdə müxtəlif onkoloji xəstəliklər tapılıb, 283 nəfər bu xəstəliklərdən ölüb.
Analizlər göstərib ki, bu kişilərin böyük faizi ya evlənməyib, ya dul qalıb, ya boşanmış olub.
Belə hallarda ağciyər xərçənginə yoluxma riski 10% artır.
Bu əlaqə o halda təsirli olur ki, tənha kişi həm də depressiyadan əziyyət çəkib, zərərli vərdişləri olub.
Bu araşdırma sübut edib ki, tənhalıq ağır xəstəliklərə səbəb olur və ömrü qısaldır.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi