Bu kosmetik vasitələrdən istifadə ciddi fəsadlar yarada bilər
Sosial şəbəkələrdə "ikinci əl" kosmetik vasitələr satılır.
Milli.Az-ın məlumatına görə, qiyməti digərlərindən nisbətən baha olan dodaq boyaları, tuş, losyon, tonal kremlər bir qədər istifadə edildikdən sonra ucuz qiymətə satışa çıxarılır.
Bu məhsulların daha ucuz qiymətə təklif olunması bir çox insan üçün cəlbedici görünsə də, mütəxəssislər bu cür məhsulların istifadəsinin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.
Həkim Rasif Bağırov deyir ki, "ikinci əl" makiyaj vasitələri bakteriya və virusların yayılmasına səbəb ola bilər: "Nəinki "ikinci əl", heç yaxınlarımızın kosmetik vasitələrindən belə istifadə etmək məsləhət görülmür".
Müsahibimiz həmçinin bildirir ki, gözəllik salonlarında istifadə olunan bəzi alətlərin də təkrar istifadə edilib-edilməməsinə diqqət yetirmək lazımdır. Bundan başqa, gözəllik salonlarında əgər eyni tuş, pomada bir neçə şəxsə tətbiq edilirsə, göz infeksiyası və digər yoluxucu xəstəliklərin yayılma riski yaranır.
Daha ətraflı videomaterialı təqdim edirik. /Xezerxeber.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib