Bu məhsullar diqqəti zəiflədir

Bu məhsullar diqqəti zəiflədirAvstraliyanın alimləri müəyyən ediblər ki, hətta ultraemal olunmuş qidaların orta səviyyədə qəbulu belə diqqətin zəifləməsi və informasiyanın emal sürətinin azalması ilə əlaqəlidir.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimers & Dementia: Diagnosis Assessment & Disease Monitoring" jurnalında dərc olunub.
Araşdırmada demensiya əlamətləri olmayan 2100-dən çox Avstraliya sakini iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini diqqət və düşünmə sürətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər. Nəticələr göstərib ki, rasionda ultraemal olunmuş qidaların payı artdıqca diqqət göstəriciləri də pisləşir.
Ultraemal olunmuş qidalara tərkibində müxtəlif əlavələr - dadlandırıcılar, stabilizatorlar, dad gücləndiricilər və digər texnoloji komponentlər olan sənaye üsulu ilə dərin emaldan keçmiş məhsullar daxildir. Bunlara qazlı şirin içkilər, çipslər, fastfud və hazır yeməklər aiddir.
Tədqiqat müəlliflərinin qiymətləndirməsinə görə, gündəlik rasionda bu cür qidaların payının cəmi 10% artması (təxminən bir paket çipsə bərabər) artıq diqqətin azalması ilə əlaqələndirilir. Üstəlik, bu təsir ümumi qidalanmanın keyfiyyətindən asılı olmayaraq müşahidə olunub. Yəni nisbətən sağlam qidalanan insanlarda belə ultraemal olunmuş qidaların yüksək payı mənfi təsir göstərir.
Alimlər qeyd edirlər ki, bu əlaqə yalnız faydalı qidaların çatışmazlığı ilə izah olunmur. Ehtimal olunur ki, əsas rol qidanın emal səviyyəsinə məxsusdur. Bu proses məhsulun strukturunu dəyişir və beyin fəaliyyəti üçün potensial zərərli maddələrin yaranmasına səbəb ola bilər.
Araşdırmada yaddaşın pisləşməsi ilə bağlı əlaqə aşkarlanmayıb. Bununla belə, alimlər vurğulayırlar ki, diqqət öyrənmə, qərarvermə və gündəlik fəaliyyət üçün əsas koqnitiv funksiyalardan biri hesab olunur.  /Axşam.az 
Milli.Az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 18 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi qadin sayti toy makiyaji sekilleri gözəl qadin vaginal təmizlik sandal ayaqqabilar yumurta qabiginin xeyri kosmetika usaq seirleri üzeyir hacıbəyli itburnu sirniyatlar novruza aid hakisdalar