Bu məhsullar xərçəng riskini ən azı 20 faiz aşağı salır

Bu məhsullar xərçəng riskini ən azı 20 faiz aşağı salırXərçəng xəstəliyinin inkişafından tamamilə müdafiə edən məhsulların mövcud olmamasına baxmayaraq, bəziləri bədxassəli şişlərin əmələ gəlməsindən orqanizmin müdafiəsini gücləndirir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məhsulların istifadə edilməsi immun sisteminin fəaliyyətinə müsbət təsir edir, bu da öz növbəsində xərçəng riskini ən azı 20 faiz aşağı salır.
Xərçəng əleyhinə maneəni möhkəmləndirmək məqsədilə həkimlər immun sisteminin müdafiə xüsusiyyətlərini səmərəli stimullaşdıran sarımsaqdan istifadə edilməsini tövsiyə edirlər. Bu cür səmərə kükürd birləşmələri ilə təmin edilir. Mövcud olan tədqiqatların göstəriciləri belə nəticəyə gəlməyə əsas verir ki, sarımsağın istifadə edilməsi mədə xərçənginin qarşısının alınması üsullarından biridir - bu vərdiş sayəsində xəstəlik ehtimalı 15 faiz azalır.
Öz növbəsində, kolorektal (bağırsaq) xərçəngi, prostat şişi riski Braziliya qozunun pəhrizə daxil edilməsinə imkan verir. Bu məhsul - ən zəngin selenyum mənbəyidir: bu mineral şiş şəklində mutasiya etməyə qadir olan zədələnmiş hüceyrələrin məhvinə yardım edir. Kornell və Arizona universitetlərinin alimləri tərəfindən əldə edilmiş məlumatlar qozun sayəsində prostat xərçəngi riski 63 faiz, bağırsaq xərçəngi riskinin isə 58 faiz azaldıla biləcəyinə işarə edirlər. Bunu etmək üçün gündə iki dənə qoz yemək lazımdır.
Xərçəng xəstəlikləri ilə ən yaxşı mübarizlərdən biri brokolidir. Tərəvəz spesifik bir birləşmə - bir çox şiş növü ilə əlaqəli WWP1 genini basdıran I3C molekulunu ehtiva edir, bu Beth-İzraiel Tibb Mərkəzinin alimləri tərəfindən müəyyən edilib. Məhsulun digər komponenti - bağırsaq və prostat şişlərinin hüceyrələrinin inkişafına maneə törətmə xüsusiyyətinə malik olan sulforafan maddəsidir.
Bundan başqa, pəhrizdə çox vaxt almanın mövcudluğu kolorektal xərçəngin inkişafının səmərəli şəkildə qarşısını alır. Buna, onların pəhriz lifləri, eləcə də, xərçəng hüceyrələrinin qatilləri olan proksyanidinlər antioksidan maddələri köməklik edir.
Çayın istifadə edilməsi də xərçəng riskini aşağı salır. Hesablanıb ki, gündəlik iki fincan yumurtalıq xərçənginə tutulma şansını 32 faiz azalda bilər. Buna çay yarpaqlarının tərkibində bol şəkildə olan antioksidantlar və flavonoidlər səbəb olur.
Yağlı balıq yemək şiş xəstəliklərinin qarşısının alınması üçün çox faydalıdır. "Domaşni Oçag" nəşri həftədə dörd porsiyanın leykemiya, miyelom və linfoma ehtimalını 30 faiz azalda biləcəyini yazır.
Öz növbəsində, müntəzəm olaraq yeyilən sitrus meyvələri qırtlaq, mədə və ağız boşluğu xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1203   Tarix: 02 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

Uşaqlar arasında yeni virus YAYILIR - Valideynlərin diqqətinə

Mövsümi dəyişikliklər zamanı uşaqlar arasında sürətlə yayılan Norovirus son dövrlərdə daha çox müşahidə olunur. xəbər verir ki, bu virus qəfil qusma, ishal, qarın ağrısı və bəzən qızdırma ilə özünü göstərir. Ən böyük təhlük

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

turlar.az

gozel gorunmek donlar 2026 geyim necə seçməli elm biliye aid atalar sözləri sepsis xesteliyi hobbi hicab kosmetika məsəllər novruz kəlamlar ikizler maraqlı