Bu məşhurlar oruc tutur

Bu məşhurlar oruc tuturDünəndən Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayı müsəlman dünyasında ən müqəddəs ay hesab olunur. Bu ayda insanlar oruc tutur, namaz qılır, savab işlər görməyə çalışırlar.

Maraqlıdır, tanınmış insanlar arasında bu ayda oruc tutan, savab işlər görən varmı?

BiG.AZ xəbər verir ki, xalq artisti, xanəndə Alim Qasımov deyib ki, hər il olduğu kimi bu ildə bir ay boyunca oruc tutacaq.

Deputat Çingiz Qənizadə isə səhhətindəki problemə görə oruc tuta bilmədiyini söyləyib. Millət vəkili, hətta bildirib ki, həkimlər ona oruc tutmağa icazə vermirlər.

"Öd kisəm çıxarılıb, həkimlər oruc tutmağa icazə vermirlər".

Yazıçı Çingiz Abdullayev istəsə də oruc tuta bilmədiyini deyib: "Hər il bu ayda rayonlarda və ya xarici ölkələrdə səfərlərdə oluram. Ona görə də oruc tutmuram".

Xalq artisti, aktrisa Afaq Bəşir qızı də səhhətində problem olduğunu bildirib: "Səhhətində problem olan adamların oruclarının qəbul olunmadığını düşünürəm. Buna görə də oruc tutmuram".

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova da səhhəti ilə bağlı oruc tutmayanlar sırasındadır.

"Müalicəyə başlamışam. Ağır əməliyyat keçirmişəm. Özüm oruc tutmasam da, iftar süfrəsi verəcəyəm. Anamın, atamın adına quran oxutduracağam. Onsuz da hər axşam mən dualarımı oxuyub yatıram".

Şair Vahid Əziz: "Mədəm xəstədir. Oruc tuta bilmirəm. Kimin səhhəti yol vermirsə, ona oruc vacib deyil".

Bəstəkar Aygün Səmədzadə oruc tutmasa da, müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik etməyi özünə borc bilib.

Xalq artisti, müğənni Bilal Əliyev isə Kəbə ziyarətindən yenicə gəldiyini söyləyib: "Allah qismət edərsə, duamı edib, oruc tutacağam. Dünən Kəbə ziyarətindən gəlmişəm". (azvision.az )

Xəbərlər     Baxılıb: 1696   Tarix: 29 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

turlar.az

yaz geyimleri 2026 hamiləlik yay geyimləri 2026 elm haqqinda atalar sözləri piroqlar 3 baci dolmasi daglar haqqinda kosmetika muellim seiri novruz hakistasi terezi şebnem tovuzlu oyunlar