Bu metod virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur- Həkimdən RƏY

Bu metod virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur- Həkimdən RƏYPandemiya dövründə COVID-19 infeksiyasına yoluxmuş xəstələrin diaqnostikası, epidemiologiyası, kliniki xüsusiyyətləri, profilaktikası və müalicəsi çox vacibdir. Yeni koronavirus infeksiyasına yoluxmaya şübhəli bilinən insanlarda diaqnoz kliniki əlamətlərin, epidemoioloji anemnezin və müsbət laborator nəticələrin əsasında qoyulur. Bunu Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasının həkim laborantı Səbinə İbrahimova bildirib.
Milli.Az e-tibb.az-a istinadən onun "COVID-19 diaqnostikası necə aparılmalıdır? sualına cavabını təqdim edir:
COVID-19 xəstəliyinin spesifik laborator diaqnostikası Polimeraz Zəncir Reaksiyası (PZR) üsulu ilə aparılır. Kliniki əlamətlərdən asılı olmadan, əgər PZR metodu vasitəsi ilə müsbət nəticə əldə olunursa, bu, SARS-CoV-2 RNT tərkibli virusun mövcud olduğunu göstərir və beləliklə insan-potensial infeksiya mənbəyi olub-olmaması sualına cavab verir. Spesifik PZR diaqnostika fiziki müayinədən başlayır. Fiziki müayinə vasitəsilə yuxarı tənəffüs yollarının görünən selikli qişalarının müayinəsi, termometriya və xəstənin vəziyyətinin ağırlıq dərəcəsi təyin edilir.
Xəstənin laborator nəticəsinin keyfiyyətli olması nümunələrin düzgün yığılmasından, onların laboratoriyaya operativ çatdırılmasından və laborator testləşdirməyə qədər saxlanılmasından asılıdır. Müayinə materialları kliniki simptomların əmələ gəlməsindən 7 gündən gec olmayaraq yığılmalıdır. SARS-CoV-2 virusunun aşkarlanması ilə bağlı aparılan əks transkripsiyalı PZR metodu virus infeksiyasının diaqnostikası üçün ən dəqiq və etibarlı üsuldur və insanda virusun çox az miqdarda olan genetik materialını (RNT) belə aşkar etməyə imkan verir.
Digər immunoferment analizi metodu Ig M anticisimlərin-orqanizmin virusa qarşı ilk immun reaksiyası zamanı ortaya çıxan və xəstəliyin davam etdiyi göstərən ən erkən anticisimlərdir. Ig G anticisimləri virusa yoluxmuş insanlarda sonra yaranır və uzun müddət qalır. Bu formalaşmış immuniteti və pasiyentin xəstələnib sağalmasını göstərir. COVİD-19-un düzgün və superetibarlı laborator diaqnostikası üçün üç növ laboratoriya analizi- PZR metodu, Ig M və Ig G anticisimlərin təyini aparılmalıdır.
Bu tədqiqatlar həkim tərəfindən digər diaqnostik metodlarla kompleks tətbiqdə aparılır. İmmunoglobulin M (Ig M) olması xəstənin koronavirus infeksiyasına yoluxduğunu göstərir. Bundan əlavə, PZR diaqnostikasının nəticəsi müsbət çıxırsa, pasiyentin COVİD-19 xəstəsi olduğuna 100% əmin oluruq.
Bu üç laboratoriya diaqnostikasının kombinasiyası 100% diaqnoz qoymağa imkan verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1148   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu