Bu oğlan xəstəliyinə görə gündüzlər çölə çıxmır, axşamlar aramızdadır
İnsan bədəninin sağlamlığına təsir edən müxtəlif nadir xəstəliklər, bəzən həyatı tamamilə dəyişdirə bilir.
Milli.Az xəbər veir ki, İspaniya həkimləri 12 yaşlı oğlanda nadir bir xəstəlik aşkar ediblər və bu səbəbdən ona Günəş batana qədər evdən çıxmamağı məsləhət görüblər. Bu gənc uşaqda piqment kseroderması diaqnozu qoyulub ki, bu da onun dərisinin ultrabənövşəyi işığa qarşı çox həssas olduğunu göstərir və bu vəziyyət onun xərçəngə tutulma riskini artırır. Hal-hazırda bu xəstəliyin müalicəsi mövcud deyil, ona görə də gənc yalnız Günəş batdıqdan sonra çöldə vaxt keçirə bilir.
Həkimlər bu qadağanı yalnız məktəbə getmək üçün istisna edir, amma hər halda, yeniyetmə Günəşdən tam qorunmalı və ciddi tədbirlər görməlidir. Belə ki, o, xüsusi Günəş kremi, uzunqol geyimlər, əlcək, şalvar, eynək və qoruyucu şüalanma ekranı olan papaq taxır, həmçinin üzərində ultrabənövşəyi şüalanmanı ölçən cihaz daşıyır. Oğlanın anasının dediklərinə görə, bu səbəbdən onun sosial həyatı ciddi şəkildə məhdudlaşıb.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi