Bu peşə beyin üçün ən təhlükəlisidir
Böyük Britaniyada aparılan araşdırma göstərib ki, polis əməkdaşları digərlərlə müqayisədə iki dəfə çox kəllə-beyin travması (KBT) alma riski daşıyır.
Milli.Az xəbər verir ki, bu travmalar həmçinin onlarda posttravmatik stress pozuntusuna (PTSP) səbəb olur. 617 polis üzərində aparılan tədqiqatda iştirak edənlərin 38 faizi həyatlarında ən azı bir dəfə KBT yaşayıb, 61 faizi isə bir neçə dəfə bu problemlə qarşılaşıb.
Araşdırma göstərib ki, xidmət zamanı KBT alan hər beş polis əməkdaşından biri PTSP əlamətləri daşıyır - bu da emosional gərginlik, günahkarlıq hissi və sosial münasibətlərdə çətinliklərlə müşayiət olunur. Polislər arasında xroniki baş ağrısı, yuxusuzluq və diqqət zəifliyi kimi problemlər də yayğındır.
Mütəxəssislər bu travmaların uzunmüddətli fəsadlar törətdiyini və polis əməkdaşlarına davamlı psixoloji dəstək və tibbi nəzarətin vacib olduğunu bildirirlər. Onların fikrincə, idmançılar üçün tətbiq olunan sarsıntı protokollarına bənzər sistem polislər üçün də yaradılmalı, diaqnostika və yardım bir-birini tamamlamalıdır. /BAKU.WS
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi