Bu peşə sahiblərinə ŞAD XƏBƏR - Riski daha aşağıdır

Bu peşə sahiblərinə ŞAD XƏBƏR - Riski daha aşağıdırAlimlər taksi və təcili yardım şoferlərinin davamlı olaraq marşrut hesablamalarının Alzheimer xəstəliyinə qarşı qoruyucu təsir yaratdığını müəyyən edib. Harvard Universiteti tərəfindən aparılan araşdırmada, taksi şoferlərinin Alzheimerdan ölüm nisbətinin ölkə üzrə orta göstəricidən xeyli aşağı olduğu aşkar edilib.
Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, alimlər taksi və təcili yardım şoferlərinin davamlı marşrut hesablamasının Alzheimerə qarşı qoruyucu təsir yaratdığını ortaya qoyub. Harvard Universitetinin apardığı araşdırma maraqlı nəticələr təqdim edib.
ABŞ-də aparılan araşdırmanın ölüm qeydlərinin analizində, taksi şoferlərinin Alzheimerdən ölüm nisbəti 1.03% olaraq müəyyən edilib. Bu nisbət ölkə üzrə 3.9% olan orta göstəricidən xeyli aşağıdır. Təcili yardım şoferlərində isə bu nisbət daha da aşağıdır: 0.74%.
Əvvəlcə Londonda taksi şoferləri üzərində aparılan bir araşdırma da oxşar nəticələr göstərmişdi. Londonlu taksi şoferlərinin yaddaş mərkəzi olan hipokampus bölgəsinin xüsusilə inkişaf etdiyi müəyyən edilmişdi.
Harvard Universitetindən Dr. Anupam Jena "Navigasiya və məkanla bağlı fəaliyyətlərin tez-tez istifadəsi beynə qoruyucu təsir göstərə bilər" deyə bildirib.
Lakin UK Demensiya Araşdırma İnstitutundan Prof. Tara Spires-Jones fərqli bir yanaşma sərgiləyib: "Araşdırmadakı şoferlərin ortalama ölüm yaşı 64-67 ikən, digər peşələrdə bu 74-dür. Daha uzun yaşasaydılar, Alzheimer görülə bilərdi."
Mütəxəssislər zehni fəaliyyətin az olmasının Alzheimer riskini artırdığını və xəstəliyin demensiyanın əsas səbəbi olduğunu vurğulayır.
Xəyal Abdullayev
Milli.Az

Xəbərlər     Baxılıb: 1105   Tarix: 18 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi kosmetoloq yemek reseptleri ana və uşaq aybaşı portagalin faydasi maraqli toy ideyalari kosmetika xerçeng xerceng muellim seiri xocali olumu