Bu peşə sahiblərinin DİQQƏTİNƏ: Aprelin 22 - dən...

Bu peşə sahiblərinin DİQQƏTİNƏ: Aprelin 22 - dən...Təhsil Nazirliyi gələcəkdə müəllim və direktor olmaq istəyənlər üçün sınaq imtahanlarını regionlarda keçirməyi planlaşdırır.

Xanim.az-ın trend-ə istinadən verdiyi xəbərə görə, nazirliyin Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən bildirilib ki, aprel ayının 15-də ilk dəfə olaraq direktor vəzifəsinə, aprel ayının 16-da isə növbəti dəfə müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirilib.

Mərkəzdən verilən məlumata görə, direktor vəzifəsi üçün elektron sınaq imtahanında respublikanın 27 bölgəsindən 100-ə yaxın namizəd, müəllimlərin işə qəbulu üçün elektron sınaq imtahanında isə 23 bölgədən 400-ə yaxın namizəd imtahan verib. Müəllim olmağa hazırlaşanlar üçün sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən anda dərhal öz nəticələrini, səhv və düz yazdıqları sualları görə bilirlər.

Təhsil Texnologiyaları Mərkəzi tərəfindən növbəti elektron sınaq imtahanları aprel ayının 22-də direktor olmaq istəyənlər, aprel ayının 23-də isə müəlim olmaq istəyənlər üçün Nizami rayonu 220 nömrəli məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək. Sınaq imtahanı real imtahanda olduğu kimi kompüter vasitəsilə həyata keçirilir.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə müraciətləri nəzərə alaraq, bu sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.

Elektron sınaq imtahanında iştirak etmək üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək olar.

Xəbərlər     Baxılıb: 1772   Tarix: 17 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim necə seçməli makiyaj instagram yay kolleksiyasi hamiləlik testi konservləşdirilmiş məhsullar hakışta xınayaxdı sözləri makiyaj sirləri kosmetika novruz bayramina aid hakisdalar xlor lekesi ariqlamaq hakışda veten seirleri