Bu proqram ilə bütün şifrələri qırmaq mümküdür - Ehtiyatlı olun!

"Bu proqram ilə sevgilinizin "WhatsApp" mesajlarını oxuya biləcəksiniz", yaxud da "bu proqram ilə bütün şifrələri qırmaq mümküdür".

İnsanların şəxsi məlumatlarının ələ keçirilməsi istiqamətində internetdə kifayət qədər bu cür başlıqlarla yüklənilməyi gözləyən proqramlar mövcuddur. Həmin proqramların istifadəsi əslində qadağan olunsa da, lakin bu gün də ondan istifadə edən insanlar var. Hətta bəziləri bundan qazanc mənbəyi kimi də istifadə edir. Belə ki, bəzi işbazlar müəyyən məbləğ qarşısında həmin proqramdan istifadə qaydalarını insanlara başa salmaqla pul qazanır. Hər iki halda, bu tipli proqramlar xeyirli deyil.

"Telefonunuza, yaxud da elektron ünvanınıza gələn "1 milyon udmusan, pul qazanacaqsan" kimi şirnikləndirici mesajlara daxil olmaq doğru deyil".

Bunu ATV.az-a açıqlamasında Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

"İnternetdə bizim cəsus adlandırdığımız insanları gizli izləmək, onların şəxsi məlumatlarını ələ keçirmək üçün istifadə olunan proqramlar mövcuddur. Bu proqramlar yazıldığı zaman kompüterimiz kənardan, başqaları tərəfindən idarə olunur. Bu cür proqramların quraşdırıldığı kompüterə hansısa məlumat, yaxud da şəkil daxil etdiyimiz zaman o, başqa tərəfə ötürülə bilir. Bunun qarşısının alınması üçün bəzi təhülkəsizlik qaydalarına əməl etmək lazımdır. Eyni zamanda, xaricdə olan zaman elektron poçdan istifadə edərkən diqqətli olmaq tələb olunur. Komputerinizdə normal şifrələmə proqramlarından, güvənli şifrələrdən istifadə etməlisiniz. İstifadə edəcəyiniz proqramların güvənli olub-olmadığına əmin olduqdan sonra onu yükləməlisiniz. İnternetdən hər proqramı yükləmək düzgün deyil".

Məsələnin hüquqi tərəfini izah edən vəkil Asif Abdullayev bildirdi ki, Cinayət Məcəlləsinin 271.1.-ci maddəsinə əsasən, başqasının kompüterinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmağa görə - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, eyni zamanda vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə "kompüter sistemi" dedikdə, müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür".
Bu proqram ilə bütün şifrələri qırmaq mümküdür - Ehtiyatlı olun!Bu proqram ilə bütün şifrələri qırmaq mümküdür - Ehtiyatlı olun!Bu proqram ilə bütün şifrələri qırmaq mümküdür - Ehtiyatlı olun!

Xəbərlər     Baxılıb: 2647   Tarix: 17 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan