Bu qadınlarda İNSULTUN riski yüksəkdir. ƏLAMƏTLƏR
İnsult və infarkt bütün dünyada ölümün əsas səbəblərindəndir.
Elmi araşdırmalar göstərir ki, qadınlarda kişilərlə müqayisədə insultun riski daha yüksəkdir. Həmçinin qadınlar arasında insult nətcəsində ölüm hallarına da kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.
ABŞ alimləri qadınlar arasında insultun daha çox yayılmasının səbəbini araşdırdıqdan sonra belə nəticəyə gəliblər ki, qadınlarda bəzi spesifik ələmətlərin olması onlarda yüksək insult riskinə işrarə edir.
Saglamolun.az xarici mətbuata istinadla sizə bu əlamətləri təqdim edir:
- menstruasiyaların 10 yaşa qədər başlaması
- 45 yaşa qədər menopauza
- dihidroepiandrosteron hormonunun (böyrəküstü vəzinin hormonu) səviyyəsinin aşağı olması
- hamiləlik əleyhinə həblərin qəbulu (xüsusilə uzun müddət ərzində)
- hestasion diabet (bəzi qadınlarda hamiləliyin sonuna yaxın inkişaf edən və doğuşdan sonra keçən şəkərli diabet)
- hamiləlik zamanı və ya doğuşdan dərhal sonra inkişaf edən hipertoniya
- preeklampsiya (hamillik zamanı bəzi qadınlarda inkişaf edən və təzyiqin artması və ödemlərlə müşayiət olunan patoloji hal).
Alimlər xəbərdarlıq edir ki, bu risk faktorları olan qadınlar daim təzyiqinə nəzarət etməli və sağlam həyat tərzi prinsiplərinə riayət etməlidir. Bu onlarda insultun riskini azaltmağa yardım edəcək.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi