Bu qadınlarla evlənsəniz heç kim sizi bağışlamayacaq! – Haram qadınların SİYAHISI

Bu qadınlarla evlənsəniz heç kim sizi bağışlamayacaq! – Haram qadınların SİYAHISIQuranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir.

Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?

Qadinsayti.az azxeber.com-a istinadən aşağıdakı ayələrə istinad edib, İslamda kişilər üçün haram buyrulmuş qadınların kimlər olduğunu təqdim edir:

"Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardanbaşqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə(mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (Nisa, 4/22-24)

Din alimlərinin də birldiyi və ayədə qeyd edildiyi kimi aşağıdakı şəxslərlə evlənmək qadağandır:

Atanın həyat yoldaşı: Bundan məqsəd ögey anadır. Atanın nikahında olan və ya boşanan ögey ana ilə evlənmək haramdır.

Ana: Bu, nənələrə də şamildir.

Qız: Nəvələrə də şamildir.

Bacı: Doğma bacı və ya bir tərəfi ögey (anabir, atabir) bacılar.

Bibi: Atanın doğma və ya ögey bacıları.

Xala: Ananın doğma və ya ögey bacıları.

Qardaş uşaqları.

Bacı uşaqları.

Sadalanan kişi və qadınlar bir-birinin məhrəmidir, yəni onlara bir-biri ilə evlənmək həmişəlik haramdır.

Süd anası: Körpənin ilk iki yaşında südünü əmdiyi qadın onun süd anası sayılır və həmin qadınla evlənmək ona haramdır.

Süd bacı-qardaşlar: Süd ananın doğma oğlu və qızları əmizdirdiyi körpənin süd bacı-qardaşları sayılır və bunlarla evlənmək də caiz deyil.

"Nəsil (soy) birliyindən haram olanlar süd (əmmək) səbəbilə də haramdır."

Buna görə süd ananın "üsul" (ata-ana, baba-nənə…) və "fürusu" (uşaqlar, nəvələr…) ilə süd əmən övladın evlənməsi haramdır. Həmçinin həmin qadından süd əmən başqaları ilə də evlənə bilməz.

Qayınana: Bir qız ilə nikahlanan (aralarında cinsi əlaqə olmasa belə) o qızın anası ilə evlənə bilməz.

Ögey qız: Bir qadınla nikahlanıb cinsi əlaqədə olan kimsə, o qadının (başqa kişidən olan) qızı ilə də evlənə bilməz.

Gəlin: Oğlunun xanımı ilə evlənmək haramdır.

Baldız: İki bacıdan bir ilə evli olan (boşanmadan və ya xanımı ölmədən) baldızı ilə evlənə bilməz. Hədislər, xanımın xala və bibisi kimi yaxınlarını da baldız hökmünə aid etmişdir.

Evli qadın: Başqası ilə evli qadın boşanıb və ya əri ölüb iddət müddətini bitirmədiyi müddətcə ikinci kişi ilə evlənə bilməz.

Başqa dindən olanlar: "Müsəlman olmayanlar eyni zamanda əhli-kitab da deyildirsə, onlarla evlənmək müsəlman kişi və qadınlar üçün haramdır." (Bəqərə, 2/221)

"Əhli-kitab olan qeyri-müslimlərə gəldikdə isə, bunlardan qız almaq caizdir; müsəlman kişilər yəhudi və xristian qadınlarla evlənə bilərlər"(Maidə, 5/5).

"Ancaq bunlara qız vermək caiz deyil; yəni müsəlman qadınlar müşrik və dinsizlərlə evlənə bilməyəcəkləri kimi, yəhudi və xristian kişilərlə də evlənə bilməzlər." (Bəqərə, 2/221; Mümtəhinə, 60/10)

Müsəlman qadın müsəlman olmayan kişi ilə evlənərsə, onun yaşayışını, həyat tərzini mənimsəyəcək, dünyaya gətirəcəyi uşaqlar da ehtimal ki, atanın dininə tabe olacaqlar. Bundan başqa qadının dini həyatı da təhlükə altında qalacaqdır.

Müsəlman kişi qeyri-müsəlman qadınla evləndiyi təqdirdə həm onun hidayətə qovuşması ehtimalı artacaq, həm də dünyaya gələcək uşaqlara ata hakim olacaqdır.

Zinakar: "Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir." (Nur, 24/3). Bir müsəlman kişinin zinakar qadınla evlənməsi caiz deyil. Ancaq tövbə edən müstəsnadır.

Əvvəllər zina etdiyi bilinən, lakin buna davam etməyən mömin qadın və kişi ilə evlənmək məkruh olmaqla yanaşı, nikah əqdi səhih (mötəbər) sayılır. Alimlərin əksəriyyəti bu fikirdədir.

Maraqlı     Baxılıb: 4912   Tarix: 27 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

turlar.az

yaz geyimleri 2026 kosmetika mehsullari toy gecesi sifahi xalq edebiyyati haqqinda balqabaq plov qanda viruslar geyim və ayaqqabılar kosmetika 8 mart novruza aid hakışda veten haqqinda bayatilar hakışta bedii edebiyyat