Bu qidaları əsla SOYUDUCUDA SAXLAMAYIN - Əks halda... - VİDEO

Bu qidaları əsla SOYUDUCUDA SAXLAMAYIN - Əks halda... - VİDEOHər dəfə bazarlıq paketləri ilə birgə mətbəxə girərkən ərzaqları yerbəyer edirik. Bəhs edəcəyimiz məhsulları bilmədən eyni qaydada soyuducunun alışdığımız köşəsinə qoyuruq. Bu isə onların vaxtından tez xarab olmasına, dadını itirməsinə gətirib çıxarır. Ən çox zərər çəkən isə həm büdcəmiz, həm də damaq dadımız olur.
Milli.Az soyuducuya qoyulması qadağan olunan ərzaqların siyahısını təqdim edir.
Yerkökü və kartof
Bu tərəvəzlər soyuq və rütubəti sevmir. Soyuducuda saxlasanız daha tez yumşalıb, sərtliyini itirə bilər. Odur ki, onları sərin və qaranlıq yerdə saxlamaq daha məqsədəuyğundur.
Soğan
Soğanı soyuducuya qoyanların sayı az olsa da, var. Unutmayaq ki, rütubət soğanın birinci və ən böyük düşmənidir. Tərəvəzi qaranlıqda saxlasanız tərkibini daha gec itirər. Çünki işıq onun dadına mənfi təsir edir. Hətta soyuducudan kənarda kartofla soğanı birgə saxlamayın. Kartof öz ətrafında rütubət yaradır ki, bu da soğanın daha tez yumşalmasına səbəb olur.
Sarımsaq
Soyuqdan ən çox qorxan tərəvəz sarımsaqdır. Onu quru və tez-tez havalandırılan yerdə saxlamaq gərəkdir.
Pomidor
Bu tərəvəz istisevəndir. 0-a yaxın temperaturda onlar öz ətrini itirir. Nişastalı tərkib alıb, kəsilmiş kartofu xatırladır. Onu otaq temperaturundan bir az aşağı dərəcədə saxlamaq lazımdır. Bu, otağın hava axını daha çox gələn nöqtəsi ola bilər.
Badımcan
Badımcan və pomidorun tərkibi bənzər olduğundan, o da soyuducunu sevmir. Badımcan soyuducuda daha tez yumşalır və üzərində qara ləkələr yaranır.
Ekzotik meyvələr
Tropik meyvələri otaq temperaturunda, kağıza bükülmüş şəkildə saxlamaq daha məqsədəuyğundur. Soyuq temperaturda onlar, digər ərzaqlar üçün zərərli olan qaz ifraz etməyə başlayırlar.
Banan
Bu meyvənin qabığı soyuducuda daha tez qaralır. Dadında isə dəyişiklik baş vermir.
Alma və armud
Bu meyvələr açıq və bir az da sərin məkanı sevir. Almaları payız fəslində eyvanda qutulara qoyub, saxlaya bilərsiniz ki, ətrafında hava dövr etsin. Soyuqlar başlayan kimi, qutuları evə daşıyın.
Zeytun yağı
Bu yağ soyuducuda daha tez durulaşır və dibində ağ çöküntü yaranır. Bu səbəbdən də, yağın faydalı xüsusiyyətləri azalır. Odur ki, ona da mətbəxin bir rəfində yer ayırın.
Bal
Bal soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsl dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır. (publika.az)
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 1797   Tarix: 08 aprel 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler donlar 2026 cennet almasinin murebbesi zire yagi sac ucun qara gavalinin faydalari at gucu nece hesablanir kosmetika heyati porno bayatilar statuslar səməd vurğun