Bu səhvlər infarkt riskini artırır – İsti havalarda ürəyi qorumağın 7 əsas qaydası

Bu səhvlər infarkt riskini artırır – İsti havalarda ürəyi qorumağın 7 əsas qaydasıYüksək temperatur və rütubət ürək sağlamlığı üçün ciddi təhlükə yaradır. İsti havada sürətli tərləmə bədənin susuz qalmasına, qan təzyiqinin dəyişməsinə səbəb olur və bəzi yanlış vərdişlər infarkt riskini artırır.
Milli.Az-ın məlumatına görə, kardioloq Doğaç Çağlar Gürbüz yerli mətbuata bildirib ki, havanın temperaturu 20 dərəcədən yuxarı olduqda hər əlavə 1 dərəcə infarkt riskini 2% artırır. Lakin sadə tədbirlərlə ürəyinizi qorumaq mümkündür.
İsti havalarda infarkt riskini azaltmaq üçün 7 vacib məsləhət:
Gündə 2,5 litr su için
Yayda maye qəbulunun azalması qanı qatılaşdırır və laxtalanma riskini yüksəldir. Kofeinli və spirtli içkilərdən uzaq durun, çünki onlar susuzluğu daha da artırır.
Günəşin ən isti saatlarında kölgədə qalın
Xüsusilə 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olanlar, hamilələr və uşaqlar diqqətli olmalıdır. Açıq rəngli və nəfəs alan pambıq parçadan olan geyimlər üstünlük təşkil etməlidir.
Ağır fiziki fəaliyyətdən çəkinin
İsti havada ağır idman və sürətli hərəkətlər ürəyin yükünü artırır. İdmanı səhər erkən və ya axşam sərin vaxtlarda etmək daha faydalıdır.
Sağlam qidalanın
Çox duzlu, yağlı, qızardılmış və hazır yeməklərdən uzaq durun. Yaz tərəvəzləri və təzə meyvələrlə yüngül qidalanmağa üstünlük verin. Enerji içkiləri və yüksək kofeinli məhsullar ürək ritminə mənfi təsir edə bilər.
Dərmanlarınızı düzgün saxlayın
Ürək və təzyiq dərmanları isti havada təsirini dəyişə bilər. Onları günəşdən və yüksək temperaturdan qorunacaq yerdə saxlayın. Müntəzəm həkim nəzarəti vacibdir.
Stresə nəzarət edin
İstilik və yuxu pozğunluğu stressi artıraraq ürəyə əlavə yük yaradır. Yuxu üçün sakit, qaranlıq və sərin otaqda istirahət edin.
Siqaret çəkməyin
Siqaret və digər tütün məhsulları damarları daraldır, ürək ritmini pozur və infarkt riskini artırır.
Mütəxəssislər vurğulayır ki, isti havalarda ən önəmli qayda bədənin susuz qalmaması, günəşdən qorunması və ürəyə ağır gələn vərdişlərdən uzaq durmaqdır. Bu sadə qaydalara riayət etməklə sağlamlığınızı qoruya bilərsiniz.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1080   Tarix: 20 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

yay geyimləri 2026 həkim məsləhəti qadin sayti seks hekayəsi əkizlər bürcü xiyarın faydaları cinsi zəiflik kosmetika xanim.az azərbaycan salam sevda aydin sani