Bu şirələr orqanizmi cavanlaşdırır

Bu şirələr orqanizmi cavanlaşdırırKaliforniya Universitetinin alimləri belə qənaətə gəliblər ki, cavan qalmaq istəyənlər ancaq maye içməlidirlər. Daim gözəl və təravətli görünmək istəyənlərə alimlər təkibində antioksidant olan 6 içki təqdim edib.  Onlar həm də cavanlaşdırıcı funksiyaya malikdir.
Milli.Az Axşam.az-a istinadən həmin içkiləri təqdim edir:
1. Alma şirəsi
Ateroskleroz, qaraciyər, sidik kisəsi xəstəlikləri, böyrək daşlarının yaranmasının qarşısını alır. Mədə-bağırsaq sistemini tənzimləyir, orqanizmdən sərbəst radikalları, toksinləri və şlakları kənarlaşdırır. Az kalorili alma şirəsi yüksək dərəcədə dəmirlə zəngindir. Bu da fiziki gücü artırır, yorğunluğu aradan qaldırır, infeksion xəstəliklərdən qoruyur, ürək-damar sistemini və ağciyərləri
müalicə edir.
2. Albalı şirəsi
Dişləri, yaddaşı möhkəmlədir, görmə qabiliyyətini gücləndirir, əzələ ağrılarını aradan qaldırır. Tərkibində olan dəmir və maqnezium sayəsində, orqanizm hemoqlabin ilə tam təmin olunur. Albalı
şirəsini sidik kanalında olan infeksiyaları yox etmək üçün içirlər. O, iştahanı tənzimləyir, bəlğəmgətirici xarakterə malikdir. Sən demə, albalı şirəsi həm də bütün növ xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır.
3. Qarağat şirəsi
Bakterisid təsir göstərib, böyrəkləri, sidik kanalını, bağırsaq infeksiyalarını, damağı, mədə xorasını
müalicə edir, bağırsaqdakı qurdları kənarlaşdırır. Şəkər xəstələrinə qarağat şirəsi içmək daha çox vacibdir. Allergiya ilə mübarizə aparır, görmə qabiliyyətini gücləndirir, damarları elastikləşdirib, qırışların qarşısını alır.
4. Üzüm şirəsi
A, C və B vitamin qrupu, kalsium, fosfor, kalium, mis, dəmir, maqnezium və kükürd ilə zəngin olan bu şirə maddələr mübadiləsini gücləndirir, həzmi yaxşılaşdırır, şlakları təmizləyir və arıqlamağa kömək edir. Dərini, dırnaqları və saçları maksimum səviyyədə gözəlləşdirən üzüm şirəsi infeksiyalarla mübarizə aparır, damarları və oynaqları möhkəmləndirib, qanı və qaraciyəri təmizləyir, yaddaşı gücləndirib, döş xərçəngi ilə mübarizə aparmağa kömək edir.
5. Nar şirəsi
Yüksək dərəcədə antioksidant, C və B vitaminləri ilə bol olan bu şirə bütün orqanizmə, eləcə də ürək-damar və əsəb sisteminə xeyirlidir. Dəri, saç, dırnaq və oynaqları yaxşılaşdıran şirə hemoqlabini yüksəldir, orqanizmi əməliyyatdan sonra bərpa edir, böyrəyə, mədə-xorasına anginaya, damar təmizlənməsinə, qripə, həzmə və iştahanın tənzimlənməsinə olduqca xeyirlidir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1398   Tarix: 10 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geymler 2026 geyim seçimi qaşların formalari displaziya geyim necə seçməli sandal ayaqqabilar balaca qablarda keks kosmetika sirin qogal həmidə nağıllar azerb clpaq qadinlari 8 mart