Bu tərəvəzin suyu saç tökülmənizi kəsəcək
Bir çoxlarınız qoca nənələrinizdən soğan suyunun saçlara olan faydası haqqında yəqin ki, eşitmisiniz. Soğan suyu saç köklərini möhkəmləndirərək onların tökülməsinin qarşısını alır.
Milli.az xəbər verir ki, soğan suyu saç dərisini problemlərini də həll edərək tük köklərini möhkəmləndirir və saçların uzanmasına səbəb olur. Saç tükü xaricdən keratinlə örtülən və proteinləri ilə saçı gücləndirən maddələrdən ibarətdir.
38 saçqıranı olan adam üzərində aparılan araşdırmalar zamanı gündə 2 dəfə saçqıran olan nahiyəyə soğan suyu sürtən adamların saçqıran probleminin həll edildiyi qeyd edilmişdir.
Soğan suyunun faydaları haqqında bir çox ölkələrin dermatoloji jurnallarında da məqalələr çap edilmişdir. Məqalələrdə saçların ağarmasında saç köklərində yığılıb qalan hidrogen peroksid maddəsinin səbəb olduğu barədə yazılar da dərc olunub. Yazılarda saçların ağarmasında tüklərin dibində olan katalaz maddəsinin az olduğunun da rolu olduğu qeyd edilir. Katalaz saçların ağarmasının qarşısını almaqla yanaşı, tükləri də qalınlaşdırır. Katalazın əmələ gəlməsində isə soğan suyu mühüm rol oynayır. Buna görə də mütəxəssislər soğan suyunun saçların ağarması prosesini ləngitdiyini, saçları möhkəmlətdiyini və uzanmasına səbəb olduğunu söyləyirlər.
Soğan suyu antibakterial təsirə malik olduğu üçün saç dərisindəki infeksiyaların da sağalmasına səbəb olduğuna görə bir çox dermatoloqlar saç problemləri olan xəstələrə soğan suyudan istifadə etməyi tövsiyə edirlər.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Türkan: 'Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar
Deniz Akkaya saxlanıldı
Ər çörəyi yeyəndə kökələcəm' - Səmra
Elgiz Əkbərin anası vəfat etdi
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar