Bu vərdişlər ömrü 24 il uzadır

Bu vərdişlər ömrü 24 il uzadırAmerikalı tədqiqatçılar ömrü təxminən dörddə bir əsr uzada biləcək yaxşı vərdişlərdən danışıblar.
Milli.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Amerika Qidalanma Cəmiyyətinin illik toplantısı olan NUTRITION 2023-də təqdim olunan Million Veteran Proqramının araşdırmasına görə, elm adamları ömrü uzatmaq üçün ən təsirli səkkiz vərdişin adını açıqlayıblar.
Tədqiqatda 40-99 yaş arası təxminən 720 min müharibə veteranı iştirak edib. Mütəxəssislər iştirakçıların hər birinin həyat tərzini öyrənib və hansı vərdişlərin ömür uzunluğuna müsbət təsir etdiyini müəyyən ediblər.
Onların məlumatına görə, bu səkkiz vərdişin həyata keçirilməsi artıq 40 yaşı olanların ömrünü 24, 50-dən yuxarı olanların ömrünü 21, 60-dan yuxarı olanların isə 18 il uzadacaq.
Deməli, ömrü uzatmağın ən təsirli yolu fiziki məşqdir. Tədqiqatın aparıcı müəllifi Xuan Mai Nguyenin sözlərinə görə, müntəzəm və çox idman edən insanlar məşq etməyənlərə nisbətən ömrünü 46 faiz artırır.
Gözlənilən ömür uzunluğuna görə siyahıda ikinci yerdə opioidlərdən - həm həkim tərəfindən təyin olunan güclü ağrıkəsicilərdən, həm də qeyri-qanuni dərmanlardan asılılığı olmayan tədqiqat iştirakçıları olub. Bir araşdırmaya görə, müntəzəm opioid istifadəsi ömür müddətini 34 faiz azaldır.
Hazırda, sözdə opioid böhranı ABŞ-ın ictimai səhiyyəsində təcili vəziyyətdir.
Siqareti tərgitmək də ömrün uzamasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, siqaret çəkməyənlər siqaret çəkənlərdən orta hesabla 29 faiz daha uzun yaşayırlar. Onlar əlavə ediblər ki, hər yaşda pis vərdişdən əl çəkmək sağlamlıq üçün böyük faydalar gətirir. (publika)
Milli.Az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 27 iyul 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri gelinlikler elaci milli yeməklər ailə psixoloqiyası tozsoranlar kosmetika novruz bayramına aid hakıştalar həmidə novruza aid hakista rəksanə vetene aid bayati