Bu xəstəlikdən əziyyət çəkənlər bayram günlərində daha diqqətli olmalıdırlar
Şəkərli diabetdən əziyyət çəkən xəstələr Novruz bayramında ciddi sınaq qarşısındadırlar. Çünki Novruz süfrəsinin əksər təamları yüksək şəkər indekslidir. Diabeti olan pasiyentlər daha diqqətli olmalı, dərmanlarını vaxtında qəbul etməli, Novruz şirniyyatlarından mümkün qədər daha az istifadə etməlidirlər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin instaqram səhifəsində "Bayram günlərində düzgün qidalanma" mövzusunda canlı yayımda deyib.
"Yüksək qan təzyiqindən əziyyət çəkən pasiyentlərə duzlu qidaların qəbulunun azaldılması tövsiyə olunur. Onlara qoyun əti, heyvanın iç yağı ilə, yəni yüksək xolesterolla zəngin olan qidaları daha az qəbul etmələrini, daha çox açıq havada olmağı, yürüş etməyi məsləhət görürük. Məlumdur ki, şirniyyatlar hazırlanarkən onlara tərkibi marqarin, palma yağı ilə zəngin olan yağlar əlavə olunur. Bu da yüksək xolesterinli xəstələrdə ürək qan-damar sisteminin fəaliyyətində ciddi problemlər yarada bilər. Qan təzyiqləri normal olsa belə xroniki təzyiq xəstələri hər gün dərmanlarını qəbul etməlidirlər ki, bayram günlərini normal keçirə bilsinlər", - deyə E.Məmmədov qeyd edib.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Murad Arif Naxçıvanda gənclərlə görüşdü
Cinsiyyətini dəyişən aktrisa boksla məşqul olur - FOTO
"Harri Potter"in aktyoru öldü
Maykl' filmindən tarixi rekord
120 il yaşamaq üçün nə edək?
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
Fəxri İsmayılova yüksək vəzifə verildi