Bu xəstəlikləri balla müalicə edin - XALQ TƏBABƏTİ

Bu xəstəlikləri balla müalicə edin - XALQ TƏBABƏTİBalaca bir vücud olan arı təkcə dünyada analoqu olmayan, ecazkar tərkibli bal istehsalçısı deyil, o, eyni zamanda müalicəvi tərkibə malik olan arı şanı və mumu, vǝrǝmumu, arı zəhəri, arı südü istehsal etmək bacarığına malikdir.
BALLA MÜALİCƏ
Yüksək turşuluqla müşayət olunan qastrit (mədə iltihabı, mədə katarı) habelə mədə va 12 barmaq bağırsağın yazvası xorası) zamanı bir stakan isti suya bir xörək qaşığı bal çalıb axşam yeməyindən 2 saat sonra qurtum-qurtum içilməlidir. Bu müalicə 1, 5-2 ay davam etdirilməlidir.
Aşağı turşuluqla müşayət olunan qastrit zamanı isə bir stəkan soyuq suya bir xörək qaşığı bal qarışdırıb yeməkdən əvvəl içmək məsləhət görülür.
Əgər bədəniniz zəifdirsə, hər səhər bir çayqaşığı bal qəbul edin (çörəyə yaxıb yeyin, suya və ya qəhvəyə qatıb için).
Əzələ ağrısında, dəri yanığında bal kompresi qoymaq məsləhətdir.
Əsəb sistemi əzələlərinin vəziyyətini yaxşılaşdırmaq üçün bir stəkan qaynar suya bir xörək qaşığı bal çalıb gündə 3 dəfə yeməkdən əvvəl 1/3 stəkan içmək lazımdır. Əgər əsəb sistemi sakitləşməsə, müalicəni uzun müddət davam etdirin. Nəticədə xroniki əsəb xəstəliyi sakitləşəcək, başağrısı sovuşacaq, əsəb qıcıqlanması dayanacaq, yuxu qaydasına düşəcəkdir.
Nevrozdan əziyyət çəkənlər 100 qr. balı 3 stəkan otaq havasında olan suya qatıb; gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan qəbul etsələr xeyrini görərlər.
Vannanı istədiyiniz istilikdə su ilə doldurun, 100 qr. balı əridib suya qarışdırıb 15-20 dəqiqə vanna qəbul edin. Belə vannanı həftədə 2-3 dəfə təkrar edin. Yüksak əsəb qıcıqlanmasını, nevrasteniya va yuxusuzluq üçün olduqca xeyirlidir.
Venanin varikoz genişlənməsinin qarşısını almaq üçün balı kətan parçaya yaxıb xəstə nahiyənin üstünə qoyub bərk parça ilə örtüb tənziflə sarıyın. Birinci gün bu kompresi 2 saat, 2-3- cü günlər 4 saat sonra isə bütün gecəni saxlayın.
Qırmızı rəngli ipək parçanı xırda-xırda doğruyun, balla qarışdırın və qızıl yellə xəstələnən nahiyəyə qoyub sarıyın. Bunu gün doğana bir saat qalmış etmək vacibdir. Müalicə hər səhər bu qayda ilə davam etdirilməlidir.
Başın tükünü bərkitmək və onun uzanmaşını təmin etmək üçün bir litr qaynar suya 2 xörək qaşığı bal çalıb həftədə 2 dəfə başın dərisinə sürtmək lazımdır. Bir saatdan sonra başı yumaq olar.
Həddindən artıq kökəlmənin qarşısını balla almaq olar. Bunun üçün yarım stəkan qaynar suya bir xörəkqaşığı bal çalıb səhər acqarına için, 2 saat heç nə yeməyin. Axşam isə yatmazdan 2 saat əvvəl acqarına səhərki miqdarda bal çalınmış su için. Müalicəni bir ay bu qayda ilə davam etdirin. Bir-iki həftədən sonra müalicəni təkrar edin.
Səhər yeməyindən 1,5 saat əvvəl 40-50 qr., günorta yeməyindən 1,5 saat əvvəl 60-70 qr., axşam yeməyindən 3 saat sonra 40-50 qr. balı bir stəkan isti suya çalıb içmək mada va 12 barmaq bağırsağın xorasını müalicə edir. Müalicə müddəti 26 gündür.
Gecə yatarkən qeyri ixtiyari yerinə sidik buraxan uşaqları müalicə etmək üçün yatmazdan əvvəl onlara bir çayqaşığı bal vermək lazımdır. Yaxud bir xörək qaşığı balı bir stəkan isti su ilə qarışdırıb gündə 2 dəfə yeməkdən qabaq yarım stəkan miqdarında uşağa içirdilməlidir.
Badamcıqlarınızda iltihab varsa bir xörək qaşığı balı bir stəkan isti suda həll edib gündə 3-4 dəfə qarqara edin.
Tənəffüs yollarımı bəlğəmdən təmizləmək üçün bir xörək qaşığı balı bir stəkan isti suya çalıb gün ərzində 2 dəfəyə içmək lazımdır.
Bir xörək qaşığı balı bir stəkan isti suya çalıb yatmazdan əvvəl içmək qəbizliyi dəf edir.
Sidik ləngiməsi müşahidə olunursa bal şərbəti içmək lazımdır.
Bir stəkan suya bir çayqaşığı bal çalıb (gündə 3 stəkan hesabı ilə) qəbul etmək ağrını dəf edir.
Göz zəifliyini aradan qaldırmaq üçün hər gün 2 dəfə yarım stəkan bal şərbəti içmək lazımdır.
Burun dəliklərindəki selikli qişaya xəstəlik düşəndə bal köməyə gəlir. Xəstəni arxası üstə uzadıb hər burun deşiyinə noxud boyda xarlamış bal qoymaq lazımdır. Bədənin hərarəti balı tədricən əridir, bal selikli qişanın üstünə yayılır. Xəstə belə vəziyyətdə 2 saat qalmalıdır. Bu müalicəni xəstəlik sağalana qədər davam etdirmək lazımdır.
Gecələr ayaqlarda qıcolmanı sağaltmaq üçün gündə 3 dəfə bir xörək qaşığı bal qəbul edilməlidir. Müalicə müddəti 1 həftədir.
Məhşur təbabətçi həkim Əl-Razi qan azlığını dəf etmək üçün bal şərbəti içməyi məsləhət görmüşdür.
Uşaqlıq boğazının selikli qişasının yara ilə örtülməsi zamanı o nahiyəni təmiz balla sürtmək lazımdır.
Babasildən əziyyət çəkənlər gündə 3-5 dəfə bir xörək qaşığı balı qaynar suya çalıb içsələr və səhər ayaqyolundan çıxandan sonra düz bağırsağa bir qədər bal yeritsələr xeyrini görərlər.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2546   Tarix: 15 aprel 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

qadin dunyasi kosmetika mehsullari toy makiyajlari otaq dizaynları erotik paltar qadin donlari şef master kosmetika rus dili 2ci ders gunay xeyanet vətən ariqlamaq