Bülənd Ersoy təyyarədə aləmi bir-birinə qatıb
Bülənd Ersoy təyyarədə aləmi bir-birinə qatıb
Dünən axşam Antalyadan İstanbula getmək üçün THY təyyarəsinə minən Bülənd Ersoy aləmi bir birinə qatdı.
1a saylı kresloya oturan Bülent Ersoy, stüardessaların xəbərdarlıqlarına baxmayaraq, təhlükəsizlik kəmərlərini taxmadı. Təyyarə havaya qalxmaq üçün hazırlaşdığı zaman məşhur sənətçi kəmər taxmamaqda inadçılıq elədiyi üçün pilot uçuşu təxirə saldı. Sərnişinlər bir saat müddətində gecikən təyyarənin ucmamasını görüb məşhur sənətçiyə reaksiya göstəriblər. Bülənd Ersoy bu dəfə sərnişinlərlə də mübahisə etmkdən çəkinməyib. Briqadanın hadisəyə müdaxilə etməsindən sonra məşhur sənətçi inadından əl çəkib və kəmərini taxmağa razı olub.
Müəllif : Leyla Abdullayeva
f Paylaş