Bunlar dəmir dərmanlarının təsirini azaldır

Bunlar dəmir dərmanlarının təsirini azaldırDəmir preparatlarını qəhvə, çay, şərab və süd məhsulları ilə qəbul etmək onların mənimsənilmə effektivliyini azaldır.
Milli.Az xəbər verir ki, bu barədə endokrinoloq Yelena Şafranskaya məlumat verib.
Mütəxəssisin sözlərinə görə, qış aylarında insanlarda yuxululuq, halsızlıq və solğunluq xüsusilə kəskin şəkildə müşahidə olunur və bu hallar tez-tez hava şəraitinin dəyişməsi ilə əlaqələndirilir. Halbuki özünü pis hiss etməyin səbəblərindən biri də dəmirdefisitli anemiya ola bilər.
Dəmir çatışmazlığı zamanı eritrositlərdə oksigenin daşınmasını təmin edən hemoglobinin sintezi zəifləyir. Bu isə hipoksiya vəziyyətinə səbəb olur və orqan və toxumaların fəaliyyətini pozur.
Endokrinoloq qeyd edib ki, dəmirdefisitli anemiyanın korreksiyası üçün Həkimlər tez-tez xüsusi dərman preparatları təyin edirlər. Lakin müalicə prosesində qida vərdişləri həlledici rol oynayır. Preparatların effektivliyi onların hansı içki ilə qəbul edilməsindən çox asılıdır.
"Qəhvə, çay və qırmızı şərab dəmirin mənimsənilməsini bloklayır. Bu içkilər təbii antioksidantlar olan polifenollarla zəngindir. Bu maddələrin qruplarından biri olan taninlər hər üç içkinin tərkibində mövcuddur. Qırmızı şərabda və tünd çayda onların konsentrasiyası xüsusilə yüksəkdir ki, bu da həmin içkilərə xas büzücü dad verir və mikroelementin əlçatanlığını azaldır",- deyə Şafranskaya xəbərdarlıq edib.
Həkim əlavə olaraq dəmir preparatlarının süd məhsulları ilə birlikdə qəbul edilməsini tövsiyə etməyib. Çünki onların tərkibindəki kalsium dəmiri bağlayaraq onun mənimsənilməsinə mane olur.
"Dəmiri mədə turşuluğunu azaldan dərmanlarla birlikdə qəbul etmək də məsləhət görülmür. Mikroelementin mədə-bağırsaq traktında mənimsənilməsi üçün turş mühit lazımdır, bu cür preparatlar isə həmin mühitin formalaşmasına mane olur",- deyə həkim fikrini yekunlaşdırıb.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1556   Tarix: 21 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetika mehsullari sade makiyaj sekilleri reseptler dil haqqında aforizmlər tük tökən peçenye reseptləri 2026 payiz geyimleri kosmetika novruz bayramına aid hakıştalar qiz adlari penis hakışdalar qoğalın nağlı