Bunu hər bir qadın bilməlidir! SPİRALLARIN müsbət və mənfi cəhətləri

Bunu hər bir qadın bilməlidir! SPİRALLARIN müsbət və mənfi cəhətləriUşaqlıq daxili spiral (UDS, hamiləliyin qarşısını alan spiral) arzuolunmaz hamiləlikdən qorunmanın ən etibarlı və müasir üsullarından biridir.
Uşaqlıq daxili spiralın yerləşdirilməsindən sonra hamiləliyin əmələ gəlmə ehtimalı təxminən 1,1% təşkil edir. Müasir uşaqlıq daxili spirallar kiçik, nazik plastik və ya metal qurğulardır.
Bir kontrasepsiya üsulu kimi uşaqlıq daxili spiralın hansı üstünlükləri və çatışmazlıqları vardır?
Öz üstünlükləri sayəsində, uşaqlıq daxili spiral bütün digər kontrasepsiya üsulları arasında xüsusi yer tutur:
- Arzuolunmaz hamiləliyin qarşısının alınması baxımdan spiralın yüksək effektivliyi hamiləliyin qarşısını alan hormonal tabletlərlə müqayisə oluna bilər və 99% çatır və hətta ötür.
- Spiral hamiləliyin qarşısını alan həblərdən daha etibarlıdır, çünki hamiliyin qarşısını alan həbləri qəbul edən qadınlar çox vaxt həbi vaxtında qəbul etməyi unudurlar, bu isə bu üsulun etibarlılığını əhəmiyyətli dərəcədə azaldır. Spiraldan istifadə olunarkən, qadın tərəfindən hamiləliyin qarşısını alan effektin saxlanılması üçün heç bir hərəkətlər tələb olunmur və buna görə də istənilən səhv və ya təsadüf ehtimalı istisna olunur.
- Bütün digər kontrasepsiya üsulları ilə müqayisədə, uşaqlıq daxili spiral ən ucuz hamiləliyin qarşısını alan üsuldur. Baxmayaraq ki, bir spiralın qiyməti bir bağlama hamiləliyin qarşısını alan həblərin və ya bir qoruyucular bağlamasının qiymətindən dəfələrlə çoxdur, 3-5 ilə hesablamada (bir spiralın istifadə müddəti) onun qənaət baxımından üstün olduğu görünür.
- Hamiləliyin qarşısını alan tabletlərdən fərqli olaraq, tərkibində hormonlar olmayan metal və ya plastik spirallar orqanizmə, bir çox qadınların qorxduğu (bəzi hallarda haqlı olaraq) heç bir ümumi "hormonal" təsir göstərmirlər. Bu səbəbdən tərkibində hormonlar olmayan UDS 35 yaşından yuxarı qadınlar üçün döşlə əmizdirmə dövründə, aktiv siqaret çəkmə zamanı və ya hamiləliyin qarşısını alan həblərdən istifadə oluna bilmədiyi, lakin arzuolunmaz hamiləlikdən yüksək qorunma dərəcəsi tələb olunan hallarda əsas qorunma vasitəsi kimi tövsiyə edilir.
- Spiral cinsi əlaqə zamanı tamamilə hiss olunmur və partnyorlara mane olmur.
Yuxarıda təsvir edilən üstünlüklərə baxmayaraq, uşaqlıq daxili spiralların bəzi mənfi cəhətləri də mövcuddur:
- Uşaqlıq daxili spiralın yerləşdirilməsi və çıxarılması yalnız həkim ginekoloq tərəfindən həyata keçirilir.
- Adətən, uşaqlıq daxili spirallar uşaqlara hələ də sahib olmayan qadınlara qoyulmur.
- Uşaqlıq daxili spiralın yerləşdirilmə zamanı və ya yerləşdirilmədən dərhal sonra çox nadir hallarda olsa uşaqlığın deşilməsi mümkündür.
- Uşaqlıq daxili spirallar çox nadir hallarda olsa da endometritin (uşaqlığın iltihabı) inkişafına səbəb ola bilər.
- Spiraldan istifadə olunan müddət ərzində bu kimi ağırlaşmalar mümkündür: aybaşılar zamanı ağrıların güclənməsi, aybaşılar zamanı qanlı ifrazatların miqdarının çoxalması,  aybaşılardan sonra və ya aybaşılar arasındakı müddətdə uşaqlıq yolundan yaxıcı qanlı ifrazatların əmələ gəlməsi.
- Təsdiqlənmiş cinsi infeksiya və ya cinsiyyət orqanlarının iltihabı, uşaqlıq boynunun eroziyası olan qadınlara, cinsiyyət orqanlarında şişlər olan qadınlara, uşaqlığın və ya uşaqlıq boynunun inkişafında qüsurlar olan qadınlara spiral qoyulmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 16 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütlə

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

turlar.az

geyim şəkilləri geyim seçimi kosmetoloq evde manikur nece edilir xiyarın faydaları gavali haqqinda yemisan faydasi kosmetika haxista bürclər novruz haqistalari bayatilar efsaneler