Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitet güclənəcək

Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitet güclənəcəkYaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir çox faydalar təmin edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  adətən salatlarda, bəzən də müxtəlif yeməklərdə istifadə edilən yaşıl soğan faydalarına görə mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilir.
Yaşıl soğan immunitet sistemini gücləndirən C vitamini ilə zəngindir və orqanizmin müqavimətini artıraraq xəstəliklərdən qoruyur.
Tərkibindəki antioksidantlar sayəsində iltihabla mübarizə aparır və sərbəst radikalların orqanizmə zərər verməsinin qarşısını alır. Yaşıl soğan az kalorili olduğundan çəkisinə nəzarət etmək istəyənlər üçün ideal tərəvəzdir. 
Liflə zəngin olan yaşıl soğan həzmi asanlaşdıraraq bağırsaq sağlamlığını dəstəkləyir. Soyuqdəymə, qrip, ürək xəstəlikləri və bəzi iltihabi xəstəliklərə qarşı qoruyucu xüsusiyyətləri var.
Bu tərəvəz bədəni bir çox xroniki xəstəliklərdən də qoruyur. Tərkibindəki A vitamini sayəsində gözlər üçün çox faydalıdır. Həmçinin qan şəkərinin səviyyəsini balanslaşdırmağa kömək edir.
Tərkibindəki antioksidantlar və vitaminlər sayəsində dərinin yenilənməsinə və nəmlənməsinə kömək edir. Xüsusilə tərkibindəki C vitamini və kükürd dəri hüceyrələrinin bərpasına yardımçı olur, dərini daha parlaq və sağlam edir. 
Yaşıl soğan sızanaq kimi dəri problemlərinə qarşı da təsirlidir. Dərinin elastikliyini artıran bu tərəvəz qocalma əlamətlərinin gecikdirilməsində də rol oynayır. Daimi istehlak edildikdə dərinin daha canlı və sağlam görünməsinə kömək edir.
Yaşıl soğan saç və dəri üçün də çox faydalıdır. Qaynadılıb istehlak edildikdə həzm problemlərini də xeyli azaldır. Eyni zamanda bədəndə yığılan toksinləri xaric edir.
Bədəni təmizlədiyi kimi, immunitet sistemini də gücləndirir. Bəlğəmgətirici xüsusiyyətə malikdir və boğazın təmizlənməsində çox təsirlidir. Yaşıl soğanın kəskin qoxusu olsa da, qida borusunda hüceyrələrin yenilənməsinə kömək edir.
Xərçəng hüceyrələrinin əmələ gəlməsi üçün mühit yaradacaq vəziyyətlərin qarşısını alır. Ağciyərlərdəki iltihabı təmizləyir.
Hamiləlik dövründə yaşıl soğan istehlakı gələcək analar üçün faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində ana və körpə sağlamlığına fayda verən yaşıl soğan, xüsusilə fol turşusu və C vitamini baxımından zəngidir. Fol turşusu körpənin inkişafı üçün çox əhəmiyyətlidir və yaşıl soğan bu qida dəyərini təmin etdiyi üçün hamiləlik dövründə faydalı hesab olunur.
Göyərtilərin ümumi faydalarını buradan oxuya bilərsiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1005   Tarix: 18 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.  xəbər verir ki, həftədə 90 dəqiqədən iki saat

.

Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf

Elm adamları yundan əldə edilən keratin zülalı vasitəsilə sümük sağalmasını sürətləndirən və bərpa edən yeni bioloji material hazırlayıblar. Heyvanlar üzərində aparılan sınaqlarda bu keratin membranların zədələnmiş nahiyələrd

.

Diş qıcama bu problemlərə səbəb olur

Diş qıcama vərdişi təkcə ağız və diş sağlamlığını deyil, ümumi həyat keyfiyyətini də mənfi təsir altına alır. xəbər verir ki, xüsusilə yuxu zamanı fərq edilmədən baş verən bu problem səhərlər baş ağrısı, çənə ağrıları v

.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər v

.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilə

.

Ev heyvanı ilə yatanların nəzərinə

Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər. xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükənin mikrobla

.

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. -a istinadən bildirir ki, "ScienceDaily" nəşrinə istinadən məlumat verir

.

Ürək üçün ən faydalı 10 QİDA

Bəzi meyvə və içkilərin damar sağlamlığına daha əhəmiyyətli təsir göstərə bilir. xəbər verir ki, tədqiqatçılar tək bir qidaya diqqət yetirmək əvəzinə, balanslı və müxtəlif pəhrizin hələ də ən etibarlı yanaşma olduğunu vurğulayırlar

.

Yaşıl çay sevənlərə ŞAD XƏBƏR

Yaşıl çayın müntəzəm istehlakı sağlamlıq üçün faydalıdır. xəbər verir ki, dietoloqların fikrincə, yaşıl çay tərkibindəki kofein qəfil enerji artımı yaratmadan gümrahlığı və diqqəti artırır. Mütəxəssislər bildirirlər ki, antioksidantlarl

turlar.az

qaşların formalari yay geyimləri 2026 geyim necə seçməli aksesuar sobada kotlet permanent makiyaj sufle hazirlanmasi kosmetika babasil sağlamlığın sirleri sac duzumleri vətən həsrətinə aid bayatılar aybawi