Burnunuz tutulursa SƏBƏBLƏR budur

Burnunuz tutulursa SƏBƏBLƏR budurİnsanın burunla nəfəs alması fiziolojidir. Burnumuzda hava isinir, nəmlənir, tozdan və mikroblardan təmizlənir və daha sonra nəfəs yollarımıza daxil olur.
Əgər insan müxtəlif səbəblərə görə burunla yox, ağızla nəfəs alırsa və xüsusilə bu uzun müddət ərzində davam edirsə, bu insanın sağlamlığı üçün ziyanlıdır. Hava isinmir, təmizlənmir və bu da xəstəliklərin riskini artırır. Digər tərəfdən bu baş ağrılarına, yorğunluğa, hətta depressiyaya səbəb ola bilər.
Burun tutulması bəzi xəstəliklərin simptomu ola bilər.
- Soyuqdəymə xəstəliyi başlayanda burun əvvəl tutulur, daha sonra isə xəstənin burnundan qatı selik ifraz olunmağa başlayır. Bu hal adətən 1 həftəyə kimi davam edir və sonra keçir. Zökəmlə mübarizə aparmaq üçün burun damcılarından istifadə edilir. Damcılar müxtəlif olur. Belə damcıların müəyyən əks-göstərişləri mövcuddur ki, onları yalnız həkim təyin etməlidir.
- Əgər selik ifraz olunmur, lakin burun tutulub və insan burunla nəfəs ala bilmir, bu çox təhlükəli simptomdur. Bu sinusitlərin (haymorit, frontit və s.) əlaməti ola bilər. Bu zaman burun ətrafı sinuslarda (boşluqlarda) irin yığılır, insanın burnu tutulur, burun nəfəsalması pozulur. Sinusitlər ciddi xəstəliklərdir. Onlar antibiotiklərin köməyi ilə müalicə olunur.
- Əgər burun tutulub, selik isə ifraz olunmur, bu allergiyanın əlaməti ola bilər. Allergiyanın səbəbi toz, gül tozcuqları, qida, heyvanlar və s. ola bilər.
- Hormonal dəyişikliklər da burun tutulmasına səbəb ola bilər. Belə ki, hamiləlik zamanı bir çox qadınlar burun tutulmasından əziyyət çəkir.
- Ev havasının həddən artıq quru olması da burun tutulmasına səbəb ola bilər. Bu xüsusilə qışda, evdə istilik sistemləri işlədikdə baş verir.
- Damardaraldan damcılarla süi-istifadə də burun tutulmasına səbəb ola bilər.
- Anadangəlmə və qazanılmış burun çəpərinin əyriliyi burun nəfəsalmasına mane olur.
- Burun boşluğunda poliplər əmələ gələ bilər. Bu poliplər vaxt keçdikcə böyüyür və burun boşluğunu tutur. Nəticədə insanın burun nəfəsalması pozulur.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1779   Tarix: 09 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

turlar.az

hamilelikde qidalanma gozel gorunmek toy makiyajlari limon maskasi royanin oglu üzdəki ləkələr şirniyyat reseptləri kosmetika novruz video bir arzum var uzeyir veten haqqinda atalar sozu