Burun çəpərinin əyriliyi

Burun çəpərinin əyriliyiBurun boşluğunu iki hissəyə bölən, sümük və qığırdaqdan ibarət olan bir divarın sağa, yaxud sola, bəzi hallarda isə hər iki tərəfə əyilməsinə burun çəpərinin əyriliyi deyilir.
Səbəbləri
Burun çəpərinin əyriliyi, əsasən yıxılma, buruna, sifətə zərbə və yaxud da üz və kəllə skeletinin formalaşması zamanı onların bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.
Simptomları
Bu və ya digər səbəbdən burun çəpəri əyri olan şəxslərin ən birinci şikayəti burunun tutulmasından olur. Burunun tutulması əsasən gecələr daha çox nəzərə çarpır. Eyni zamanda baş ağrıları, tez yorulma, burundan ifrazat, öskürək və xoruldama kimi əlamətlər müşahidə olunur. Burun tutulduqda xəstələr ağızla tənəffüs etməyə məcbur olurlar ki, bu zaman da çirkli, tozlu və soyuq hava kütləsi ağız boşluğuna daxil olaraq faringit, tonzillit, laringit, rinit və bir çox digər xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Burun çəpərinin əyilməsi sadalanan xəstəliklərin əmələ gəlməsində rol oynamaqla yanaşı, haymoritə, səsin dəyişməsinə və eləcə də, oksigen qəbulunu çətinləşdirdiyi üçün bronxial astmaya, yaşlı və ahıl şəxslərdə ürək-ağciyər xəstəliklərinin inkişafına yol aça bilər.
Diaqnostikası
Diaqnoz çox vaxt xəstənin şikayətlərinə və rinoskopiyaya (burunun daxili müayinəsi) əsasən qoyulur. Rentgenoqrafiya və kompyuter tomoqrafiya (KT) müayinələrinin də aparılması diaqnozu və əyriliyin xarakterini dəqiqləşdirmək və sənədləşdirmək üçün vacib sayılır. Əlavə olaraq, burunun hava keçiriciliyini yoxlamaq üçün rinomanometriya aparıla bilər.
Müalicəsi
Cüzi dərəcədə əyriliklər xəstəni narahat etmədiyi halda, xüsusi müalicə tələb olunmur. Ancaq sadalanan simptomlar və ağırlaşma riski ortaya çıxarsa cərrahi əməliyyat vacib sayılır. Bu əməliyyat əsasən içəridən aparılır və burada prinsip əyilmiş  sümük və qığırdaq hissələri xaric etməkdən ibarətdir. Çıxarılan hissəciklər nisbətən əyridirsə, onları düzəldərək yerinə qaytarmaq olar. Həddindən çox əyilmiş sümüklər isə xaric olunur. Əməliyyat həm yerli, həm də ümumi anesteziya altında aparıla bilər. Əməliyyatdan sonra adətən tənəffüs bərpa olunur, ancaq burada vacib olan tənəffüsü çətinləşdirən yanaşı xəstəliklərin olub-olmaması və onların da vaxtında müalicəsinin aparılmasıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1549   Tarix: 22 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qadin sayti nagillar faydalı qidalar zirinc faydalari qadın orqanizmi kosmetika vətən həsrəti bürcler sanama sağlamlığın sirleri vusale elizade