Burun əti uşağı kar edə bilər

Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur.

Bu halların baş verməsinin bəzi səbəbləri isə xalq arasında "burun əti" kimi adlandırılan adenoiddir. Bəs adenoid problemi olarsa, bu, uşaqlarda hansı fəsadlara yol açır? Ümumiyyətlə, burun əti hansı səbəblərə görə yaranır?

Xanim.az Lent.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, adenoid burun-udlaqda yerləşən limfa toxumadır: "Burun əti daha çox uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər sovrulub gedə bilər. Amma 34 yaşında burnunda ət olan şəxslərə də rast gəlirik".

Həkim məlumat verdi ki, burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur: "Burun əti problemi uşağınızı və sizi çox narahat edə bilər. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər. Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir".

C. İsmayılov burun ətinin yaratdığı fəsadlar barədə də məlumat verdi: "Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər. Üz skeletində dəyişikliklər yaradır. Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir".

Həkim bildirir ki, adenoid uşaqlarda iştahsızlığa səbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər. Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır".

Burun əti uşağı kar edə bilər

Ailə və Uşaq     Baxılıb: 11016   Tarix: 07 may 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qadin dunyasi hamilelikde qidalanma qadin sayti göz xəstəlikləri süfrə mədəniyyəti üzə qulluq türk mətbəxi kosmetika şəkərbura arxadan olmaq sağlıq hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz bedii edebiyyat